Bütün xəbərlər
Miqrantlar qızın müdafiəsinə qalxan oğlanı döyüblər
Tarix: 07-07-2025 17:03 | Bölmə: Karusel

Tver vilayəti üzrə İstintaq Komitəsi yerli sakinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oğlan əcnəbilərə qıza qarşı davranışlarının yolverilməzliyi ilə bağlı irad bildirdikdən sonra yaralanıb.
Hadisə ilə bağlı daha əvvəl sosial şəbəkələrdə məlumat yayılıb.
Bölgə üzrə İstintaq Komitəsi Telegram kanalında bildirib ki, bu faktla bağlı həmin şəxslərə qarşı "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin istintaqın gedişi və müəyyən edilmiş hallar haqqında hesabatın verilməsini əmr edib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər