Bütün xəbərlər
Bir nəfəri döyərək kəsən 3 xuliqan saxlanılıb
Tarix: 11-05-2025 23:56 | Bölmə: Cəmiyyət

Hüquq-mühafizə orqanları Moskvanın mərkəzində qızın müdafiəsinə qalxan kişini döyərək kəsən üç xuliqanı saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən REN telekanalı məlumat yayıb.
Hadisə dünən metronun Kitay-Qorod stansiyasının yaxınlığında baş verib.
Bir sıra KİV-lər həmin şəxsin qızın müdafiəsinə qalxaraq onu aqressiv xuliqanlardan qoruduğunu yazıb. Onlar buna cavab olaraq zərərçəkmişi döyməyə və bıçaqla kəsməyə başlayıblar. Çoxlu bıçaq xəsarətləri alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Telekanalın məlumatına görə, onun döş qəfəsi və qaraciyəri zədələnib.
Hücum edənlərin 2008-ci il təvəllüdlü yeniyetmə və 2002 və 1989-cu il təvəllüdlü olduğu üzə çıxıb. Onlar hazırda həbsdədirlər. Onlardan biri əvvəllər quldurluq və basqın etməkdə təqsirli bilinib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər