19:13 / 29-12-2025
QIZIL ALMA
Bütün xəbərlər
Boğulmuş bir yeniyetmə tapılıb, ikincisi axtarılır
Tarix: 15-06-2025 10:16 | Bölmə: Cəmiyyət

İyunun 14-də Krasnoyarsk diyarında 13 və 15 yaşlı uşaqlar böyüklərin nəzarəti olmadan su hövzələrində boğulublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lövət kəndi yaxınlığındakı göldə bir faciə baş verib. Orada böyükləri olmayan azyaşlılar dərinliyə üzmək qərarına gəliblər.
“15 yaşlı yeniyetmə onların arxasınca üzdü, lakin üzməyi bilmədiyi üçün boğularaq öldü”, - deyə, regional İstintaq Komitəsinin Teleqram kanalında məlumat verilib.
İyunun 15-də səhər saatlarında xilasedicilər ölmüş uşağın meyitini aşkar ediblər.
Daha bir fövqəladə hadisə Takuçet kəndi yaxınlığında Çuna çayında baş verib. Orada üç yeniyetmə əldəqayırma salda üzürdü. Birdən güclü külək əsdi, dalğalar qalxdı, uşaqlar saldan düşdülər.
"Onlardan ikisi sahilə üzməyi bacarıb, 13 yaşlı uşaq isə suyun altında yoxa çıxıb", - İstintaq Komitəsi öz nəşrində bildirib.
Onu axtarırlar.Müstəntiqlər hadisə yerinə baxış keçirirlər.



Baxış sayı: 624


Bölməyə aid digər xəbərlər