Bütün xəbərlər
Diversant 23 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 26-06-2025 12:58 | Bölmə: Cəmiyyət

Böyük Britaniyada təlim keçmiş və Krımın infrastrukturuna qarşı təxribatda iştirak edən ukraynalı diversant Xerson vilayət məhkəməsi tərəfindən 23 il müddətinə azadlıqdan məhrum edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin 700 min rubl cərimə ödəməlidir.
RİA Novosti-nin Rusiya FTX-nin regional idarəsinə istinadən verdiyi məlumata görə, 40 yaşlı kişi təxminən bir il Böyük Britaniya və Ukraynada təxribat törətmək üçün təlim keçib.
2024-cü ilin yanvarında odlu silah və partlayıcı maddələrlə silahlanmış ukraynalı mütəşəkkil qrupun digər üzvləri ilə birlikdə Qara dənizdə Krım müəssisəsinə məxsus qaz yatağı platformasını partladıb.
Bundan əlavə, təqsirləndirilən şəxs qrupla birlikdə Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçərək nəqliyyat infrastrukturu obyektinə ziyan vurub.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər