Bütün xəbərlər
İran prezidenti İsrailin ona sui-qəsd cəhdi olduğunu deyib
Tarix: 07-07-2025 16:54 | Bölmə: Dünya

İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail hakimiyyəti ona sui-qəsd cəhdi edib, lakin onların cəhdləri uğursuz alınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pezeşkian ölkəsinin müdafiəsi üçün özünü qurban verməyə hazır olduğunu da bildirib.
İran lideri amerikalı jurnalist Taker Karlsona müsahibəsində “Bəli, cəhd etdilər və buna uyğun hərəkət etdilər, lakin buna nail olmadılar” deyib.
Karlson bundan əvvəl Pezeşkiandan eksklüziv müsahibə aldığını bildirərək əlavə edib ki, tamaşaçılar İran prezidentinin sözlərini təbii qəbul etməməlidirlər.
İyunun sonunda İsrail Müdafiə Qüvvələri “Aslan qalxması” əməliyyatının başa çatdığını rəsmən elan edib. Əməliyyat zamanı İDF Qüds Qüvvələrinə zərbələr endirib və bir neçə təhlükəsizlik rəsmisini öldürüb, həmçinin İranın nüvə inkişafı ilə bağlı saytlara hücum edib. Əməliyyat iyunun 13-də İsrailin Tehranı gizli şəkildə nüvə silahı üzərində işləməkdə ittiham etməsi fonunda başlayıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər