Bütün xəbərlər
12 nəfər hazır yeməkdən salmonellyoz xəstəliyinə tutulub
Tarix: 07-07-2025 13:33 | Bölmə: Digər

Tomsk vilayətinin 12 sakini kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həkimlər bütün xəstələrdə salmonellyozu təsdiqləyiblər.
Məlum olub ki, onların hamısı məşhur mağazalardan birində hazır yemək alıblar.
Mütəxəssislər satış məntəqəsində sanitar-epidemioloji qanunvericiliyin məcburi tələblərinin çoxsaylı pozuntuları aşkar ediblər.
Regional Rospotrebnadzor Telegram kanalında "Mağazanın hazır məhsul sexinin işçilərinin yoxlanılması və müayinəsi təşkil olunub".
Bundan əlavə, binanın bütün otaqlarının qeyri-qənaətbəxş sanitar-gigiyenik vəziyyətdə olduğu bildirilir.
Hazırda insanların zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər