Bütün xəbərlər
Dağıstanlı idman şərhçisi qanunsuz silah alverinə görə şərti cəza alıb
Tarix: 08-07-2025 21:42 | Bölmə: Karusel






Qanunsuz silah alverində təqsirləndirilən dağıstanlı idman şərhçisi Ramazan Rabadanova şərti cəza verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Eyni zamanda bloqqerin özü və vəkili israr edib ki, həbs zamanı üzərindən tapılan qumbara təhlükəsizlik qüvvələri tərəfindən onun üzərinə qoyulub.
"Məhkəmə Rabadanovu 50 min rubl cərimə ilə üç il iki ay şərti həbs cəzasına məhkum edib", - TASS Dağıstan məhkəmələrinin birgə mətbuat xidmətinin rəhbəri Zarema Mamaevaya istinadən xəbər verir.
Rabadanov 2024-cü ildə saxlanılıb. Onun üzərindən tapança, patron və əl qumbarası aşkar edilib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər