Bütün xəbərlər
17 yaşlı motosikletçinin ölümündə təqsirləndirilən şəxs saxlanılıb
Tarix: 09-05-2025 12:10 | Bölmə: Cəmiyyət

Moskva vilayətinin Çexov şəhərində sürücü ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinərək nəzarətə götürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva Vilayəti Prokurorluğunun Teleqram kanalında xəbər verildiyi kimi, qəzanın qurbanı 17 yaşlı motosikletçi olub.
Mövcud məlumata görə, mayın 5-də axşam saatlarında Çexov-Krestı yolunun 22-ci kilometrliyində “Opel” markalı minik avtomobili motosikletdə olan 17 yaşlı yeniyetməni vurub. Gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sürücü hadisə yerindən qaçıb. Onun şəxsiyyəti sonradan müəyyən edilib. Həmin şəxs istintaq şöbəsinə aparılıb.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb.
Çexov Şəhər Prokurorluğu qəzanın baş vermə şəraitini və istintaqın gedişini izləyir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər