Bütün xəbərlər
Futbolçu iş adamının çənəsini sındırıb
Tarix: 07-07-2025 12:52 | Bölmə: Karusel

Moskvada Rusiya millisinin sabiq futbolçusu Fedor Smolovla iş adamı Vladimir Kuzminov arasında dava olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iş adamının çənəsi sınıb.
Bu barədə "Odds.ru" portalı Kuzminovun nümayəndəsinin bəyanatına istinadən xəbər verir. O bildirib ki, Kuzminovun çənəsi sınıb, danışa bilmir və bütün suallar onun vəkilinə ünvanlanmalıdır.
May ayında baş verən davanın videosu yalnız indi mediada yayılıb. Polis Smolova qarşı iş açmaqdan imtina edib. Eyni zamanda futbolçunun özü də bildirib ki, onu şantaj edirlər - naməlum şəxslər səs yazısının açıqlanmamasına görə ondan 20 milyon rubl tələb ediblər.
Smolovun həyat yoldaşı Karina İstomina bildirib ki, futbolçu zərərçəkənlərdən üzr istəyib və onlara pul təzminatı təklif edib. İddialara görə, vəkillər Kuzminova pul təklif ediblər, lakin biznesmen hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
İndi dəyəri 1 milyon avro olaraq qiymətləndirilən azad agent Smolov "Krasnodar"la çempionat mövsümündən sonra klubsuz qalır.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər