Bütün xəbərlər
Qonaq kafenin yaxınlığında atəş açıb, iki nəfər yaralanıb
Tarix: 21-06-2025 10:42 | Bölmə: Cəmiyyət

Ust-Kutda kafeyə gələn qonaq iki kişi ilə münaqişədən sonra müəssisənin yaxınlığında atəş açıb, onlar yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin prokurorluğu və İstintaq Komitəsi (İK) məlumat yayıb.
İlkin məlumata görə, səhər tezdən kafeyə bitişik ərazidə qonaqlar arasında münaqişə baş verib və nəticədə davaya çevrilib. Hadisə zamanı iştirakçılardan biri silahdan əleyhdarlarına bir neçə dəfə atəş açıb, nəticədə iki nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “a,e” bəndi (“Ümumi təhlükəli üsulla törədilən iki və ya daha çox şəxsi öldürməyə cəhd”) ilə cinayət işi açılıb.
Hazırda müstəntiqlər hadisə yerində işləyir, şahidləri dindirir və zəruri istintaq hərəkətlərini həyata keçirirlər. Münaqişədə iştirak edən bütün şəxslərin, habelə hadisənin səbəb və şəraitinin tapılaraq müəyyənləşdirilməsi istiqamətində iş aparılır.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər