19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
Bütün xəbərlər
Zəfər Pankartı yıxıldı, polis təhqiredici axtarır
Tarix: 23-06-2025 11:47 | Bölmə: Cəmiyyət

Sankt-Peterburq sakini şəhərin Kirovski rayonunda baş vermiş Qələbə bayrağının təhqir olunması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Fontanka”nın məlumatına görə, hadisə ilə bağlı məlumat ötən bazar günü, iyunun 22-də axşam saatlarında polisin növbətçi şöbəsinə daxil olub.
Tankist Xrutitski küçəsindəki doqquz mərtəbəli binadan bayraq sökülüb, bundan sonra pankart cırılaraq yerə atılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirir, şübhəli şəxs axtarır və cinayət işinin başlanılıb-başlanmaması barədə qərar qəbul edirlər.



Baxış sayı: 693


Bölməyə aid digər xəbərlər
7-07-2026, 21:13 Uşaqlara atəş açıb