Bütün xəbərlər
Moskva vilayətində güclü yağış və tennis topu boyda dolu yağıb
Tarix: 08-07-2025 21:39 | Bölmə: Karusel






Moskva vilayətində güclü yağış və dolu yağıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  xüsusilə, Korolev, Fryazino, Solneçnoqorsk və digər şəhərlər güclü küləklərdən və tennis topu böyüklüyündə buz kütlələrindən əziyyət çəkib.
Baza Telegram kanalı sınıq budaqların və yıxılan ağacların göründüyü müvafiq kadrları dərc edib.
“Küçələrdə çoxlu sayda aşmış ağaclar və zədələnmiş avtomobillər var”, - məlumatda deyilir.
Eyni zamanda, sinoptiklər Moskvada 30 dərəcə isti olduğunu bildirirlər.
Bundan əvvəl Yaroslavlda güclü qasırğa nəticəsində bir uşağın xəsarət aldığı məlum olub.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər