10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
“Əbədi məşəl”də insanlara bıçaqla hücum edən şəxs saxlanılıb
Tarix: 29-06-2025 10:21 | Bölmə: Cəmiyyət
 
Böyük Vətən Müharibəsi zamanı həlak olmuş Tomsk əsgərlərinin Şöhrət Abidəsindəki insident 2025-ci il iyunun 27-də Lagernı bağının ərazisində baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyri-adekvat vəziyyətdə olan şəxs əlindəki bıçaqla yoldan keçənlərin üstünə atılıb. Hadisə şahidləri polisə müraciət ediblər.
Dərhal hadisə yerinə gələn patrul əməkdaşları ondan qanunsuz hərəkətlərə son qoymağı tələb ediblər.Lakin vətəndaş polisin tələbinə cavab verməyib və saxlanılıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi vasitələrdən istifadə edərək cinayətkarın əlindəki bıçağı çıxarıb və fiziki güc tətbiq etməklə onu saxlayıblar”, - Tomsk polisi bildirib.
Xuliqanın əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş 39 yaşlı Tomsk sakini olduğu üzə çıxıb. O, həkimlərə təhvil verilib.
Faktla bağlı prosessual araşdırma aparılır, nəticəyə əsasən qanunvericiliyə uyğun qərar veriləcək.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər