Bütün xəbərlər
Məhkəmə qızının qətlini sifariş edən sakini həbs edib
Tarix: 23-05-2025 22:24 | Bölmə: Cəmiyyət

Rusiya Federasiyasının vilayət üzrə İstintaq Komitəsi xəbər verir ki, Çelyabinsk vilayətində məhkəmə tanışından 12 yaşlı qızını öldürməyi xahiş edən İzmailovski kənd sakininin həbsi barədə qərar çıxarıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın cinayəti törətdiyinə görə ona 100 min rubl vəd edib. Kişi qızı Bolşaya Karaqanka çayında boğmalı idi. Amma o, məktəbli qızı öz evində gizlədib və polisə müraciət edib.
Qadına qarşı azyaşlı uşağı öldürməyə təhrik maddəsi ilə cinayət işi açılıb. Onu 15 ilə qədər həbs cəzası gözləyə bilər.
Region Prokurorluğundan verilən məlumata görə, qəyyumluq orqanları uşaqları təqsirləndirilən şəxslərin əlindən alaraq sosial müəssisəyə yerləşdiriblər. Əvvəllər çoxuşaqlı ana valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə dəfələrlə cərimələnib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər