17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
QURTULUŞA AÇILAN GÜN-Ramiz QASIMOV
Tarix: 29-07-2020 11:22 | Bölmə: Siyasət

Tarixdə adı millətinin, ölkəsinin adı ilə bərabər çəkilən böyük şəxsiyyətlər çox deyil. Heydər Əliyev yeganə şəxsiyyətdir ki, parçalanmış, taleyi yoxluğa sürüklənmiş bir xalqdan beynəlxalq aləmdə öz yeri, öz ölkəsinin sahibi olan bir xalq, parçalanma aqibəti ilə üz-üzə qalan bir ölkədən müstəqil, milli dövlətçiliyə sahib olan bir ölkə, dövlət yaratdı.
Ağır bir böhran içində olan 80-ci illəri çoxları yaxşı xatırlayır... Hər sahədə böhranın yaşandığı, aclıq, səfalət, cinayət, xəyanətin hökm sürdüyü, xalqın ümidsizlik içində qıvrandığı illər idi. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə Azərbaycan tarixinin “itirilmiş illəri” də deyirlər. Azərbaycan xalqı bu dövrdə təkcə illərini deyil, vətən torpağının ərazilərini, minlərcə qəhrəman övladlarını, xoşbəxtliyini, firavanlığını, sevincini, ümidini itirmişdi. Azadlıq uğrunda xalq hərəkatı yarıtmaz, bacarıqsız, milli heysiyyəti olmayan rəhbərlər üzündən xalq üçün fəlakət və səfalət ipinə dönüb boğazına keçmişdi. 20 Yanvar hadisələri baş verdikdən sonra məqsədyönlü şəkildə rəhbərlikdən uzaqlaşdırılan xalqın böyük oğlu, uzun illər sevilə-sevilə öz ölkəsinə rəhbərlik edən ümummilli lider Heydər Əliyev böyük cəsarətlə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib bir vətəndaş kimi öz etirazını bildirmiş və bu mənfur hadisənin törədicilərini göstərərək qınamışdı. Məhz bu cəsarətli addımdan sonra bütün dünya Azərbaycan xalqına qarşı görünməmiş miqyasla törədilən cinayətdən xəbərdar olmuşdu. Belə bir vaxtda – öz ölkəsinin, canı qədər, qanı qədər sevdiyi vətənin ağır günlər keçirdiyi illərdə dahi lider seyrçi qala bilmədi və vətəninə dönmək qərarı verdi. Lakin xalqın böyük oğlu Heydər Əliyevin fədakarlıq dolu bu addımı mövcud hakimiyyət tərəfindən qorxu ilə qarşılandı. Onun vaxtilə inkişafına böyük əmək verdiyi doğma Azərbaycana, Heydər Əliyevin böyük əzmi ilə inkişaf edib nəhəng sənaye mərkəzinə çevrilən Bakı şəhərinə düşməsinə icazə vermədilər: qısqanclıq və qorxu tarixin təkərinə əngəl-kələf oldu. Amma dahi lider Heydər Əliyev vətənə dönüşünü tamamladı: onu dərin məhəbbətlə sevən, onunla həmişə iftixar edib qürur duyan, blokadaya salınaraq fəlakətlə, erməni işğalı ilə üzbəüz qalan doğma yurdu, ata məkanı, ana qucağı Naxçıvana döndü. Naxçıvan əhalisi sevimli oğlu Heydər Əliyevə qucaq açdı, onu dərin sevgilə, gül-çiçəklə, böyük sevinclə qarşıladı. Xalq ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtdığı 1990-cı il 22 iyul gününü yaddaşına xilaskarlıq günlərinin başlanğıc tarixi kimi yazdı. Çünki qaranlıq və ümidsizliyə, səfalət və fəlakətə sürüklənmiş Naxçıvanın işıqlı, ağ günləri və sabaha olan inamı məhz bu gündən, bu tarixdən yazılmağa başladı. Bu gün Naxçıvanın keşməkeşli və uzun tarixinə yeni bir tarixi dönəm olaraq yazıldı. Dahi lider özü də bu günləri xatırlayaraq deyəcəkdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”. Bəli, bu tale, bu qismət ilə baş verən “adi” gəlişdən ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan və Azərbaycan tarixinə qırmızı hərflərlə yazılan, Azərbaycan xalqına özü ilə bərabər müstəqillik, bütövlük, böyük inkişaf, sürətli dəyişmə, abadlaşma, yenidənqurma, əmin-amanlıq, maddi rifah, səadət, xoşbəxtlik – bir sözlə, xilaskarlıq gətirən Böyük Qurtuluş baş verdi. Bu illəri xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hörmətli Sədri cənab Vasif Talıbovun söylədiyi kimi: “Ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyev və xalq amili bir daha fəal siyasi müstəvidə birləşdi. Xalqımızın böyük oğlunun qayıdışı Azərbaycan adlı parçalanmış, qan içində olan, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan, erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamlıq gətirdi”.
Beləliklə, dahi liderin Naxçıvana qayıdışı xalqı inamı və əqidəsinin dönüş günü, milli müstəqillik və dövlətçiliyin xilasının başlanğıc günü oldu.
Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində naxçıvanlılar hərbi təcavüz edən erməni silahlı birliklərinə qarşı əzmlə döyüşərək bir qarış torpağını da itirmədi. Müdrik və uzaqgörən liderin rəhbərliyi ilə Naxçıvan əhalisi qaranlıq və soyuq günlərin ümidsizliyindən çıxıb qətiyyətli mübarizə, qurub-yaratmaq əzmi ilə yeni dövrə qədəm basdı: intibah və inkişafın nəticəsi olan AZƏRBAYCAN möcüzəsi yarandı. Dahi lider Heydər Əliyevin şəxsi nüfuzu, mahir diplomatiyası və uzaqgörən siyasəti nəticəsində hər tərəfdən blokadaya salınmış Naxçıvanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün məharətli danışıqlar aparıldı, uğurlu nəticələr əldə edildi, Türkiyə və İran respublikaları Naxçıvana kömək əli uzatmaqdan imtina etmədi. Ulu öndərin böyük tarixi misiyası olaraq Qars müqaviləsinin şərtlərini yenilənməsi ilə bağlı uzaqgörən fəaliyyəti Qardaş türkiyə Cümhuriyyəti ilə Naxçıvan arasında əsl isti münasibətlərin başlamasına imkan verdi. İki qardaş ölkə arasında “Ümid” körpüsünün açılışı təkcə 11 kilometrlik ərazi üçün deyil, tarixən bir olan iki qardaş xalqın qəlbinə gedən ümid telləri oldu. Sovet imperiyasının can verdiyi və daha da dəhşətli cinayətkara çevrildiyi illərdə Heydər Əliyev müdrikliyi ilə Naxçıvanda imperiya bağlarını birdəfəlik qıran, Azərbaycanın inkişaf və müstəqilliyi üçün bir dövlətçilik konsepsiyası yaradan zəngin dövlətçilik fəaliyyəti ortaya qoyuldu. Ulu Öndərin uzaqgörən və qətiyyətli qərarı ilə Naxçıvan Sovet İttifaqının köləlik buxovlarını qıran ilk və həm də ən kiçik bir muxtar dövlət olaraq yaddaşlarda qaldı. Naxçıvan “sovet” və “sosialist” quruluşundan qəti olaraq imtina etdi, muxtariyyətini yenidən təzələdi, üçrəngli ay-uluduzlu bayrağı dövlət bayrağı olaraq qaldırdı, gerbini, atributlarını milliləşdirdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisliyini təmin etdi. Naxçıvanda sürətli sosial-iqtisadi dirçəliş özünü nümayiş etdirməyə başladı. Blokadanın bütün ağırlığı və çətinliklərini ortadan qaldıran məharətli bir diplomatiya, uzaqgörən, müdrik bir siyasət, dərin bir təcrübə, sınanmış bir idarəçilik ortaya çıxdı. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası da ideyadan reallığa doğru məhz bu torpaqdan Böyük Azərbaycana və bütün dünyaya yol aldı. Necə deyərlər, müdrik liderin uzaqgörən siyasi addımları ilə Naxçıvan Azərbaycanın gələcək müstəqilliyi və xoşbəxtliyinə təməllər hazırladı. Böyük Qurtuluş hadisəsi də məhz bu illərin uğurlarını bütövlükdə ölkəyə, dahi lideri sevərək bağrına basan bütün Azərbaycana daşıdı, bütün Azərbaycan üçün qurtuluş tarixinə çevrildi.
Azərbaycanın məhv olma hadisələri ilə səciyyəvi olan bu günlər həm də şəxsiyyətin böyüklüyünü, zəkanın dərinliyini, siyasətin uzaqgörənliyini, diplomatiyanın məharətini, xalqına bağlılığın, sevginin intəhasızlığını bütün aydınlığı ilə təcəssüm etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışarkən deyirdi:“Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır”.
Bu baxımdan müstəqil Azərbaycana Heydər Əliyevin şah əsəri də deyilir, “HEYDƏR ƏLİYEV-AZƏRBAYCAN” adları qoşa çəkilir. Çünki məhz dahi liderin misilsiz xidmətləri sayəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qurtularaq suveren ölkə, dövlət statusunu əldə etmiş, görünməmiş sürətlə inkişaf, tərəqqi yolu keçən, beynəlxalq aləmdə layiqli yerini tutmuş və etibarlı tərəfdaş kimi tanınmış, böyük layihələrə imza ataraq intibaha qovuşan bir ölkəyə çevrilmişdir.Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində ən güclü, etibarlı tərəfdaş imicini qazanıb. Beynəlxalq təşkilatlarda söz sahibinə çevrilən bir dövlət olması da Azərbaycanın düzgün və düşünülmüş siyasi kursunun uğurlu nəticəsidir. Kiçik dövlət və azsaylı əhalisi olmasına baxmayaraq Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və Avropa Təhlükəsizlik Şurasında tutduğu sözçülük mövqeyi onun böyük siyasət yürütməsinin nailiyyəti kimi məmnunluq doğurur. Əlbəttə, bütün bunlar bu böyük siyasətin banisi dünyaşöhrətli siyasətçi, liderlər əsrinin lideri, müdrik rəhbər Heydər Əliyevə minnətdarlıq yaradır. Bu baxımdan “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” - deyən ulu öndər Heydər Əliyevin məqsədini bu gün onun adı ilə qoşa çəkilən, dahi liderin şah əsəri olan və “dünyaya Günəş kimi doğan” Azərbaycan daha aydın və uğurla təcəssüm etdirir. Bütün həyatını canı-qanı qədər sevdiyi vətəninə, Azərbaycana həsr edən müdrik və dahi lider Heydər Əliyevin Azərbaycanı misilsiz inkişafa aparan zəngin siyasi kursunun bu gün uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, inkişaf və varlığının təməli, qarantı kimi çıxış edir.
Azərbaycan xalqı əvəzsiz liderinin siyasi kursunu bu gün özünün çoxsaylı səsi, dəstəyi, iradəsi ilə yaşadır. İlham Əliyevin uğurlu və ləyaqətli bir siyasi varis olaraq bu siyasi kursu davam etdirməsi Azərbaycanı daha da böyük nailiyyətlərə aparır. “Mən ona özüm qədər inanıram”
deyən ulu öndərin etimadı və xalqın inamını bacarıqlı dövlət başçısı İlham Əliyev doğrultdu. Hər addımda daha da irəliyə, böyük uğura və siyasi nailiyyətə imza atan Azərbaycan özünün iqtisadi inkişafı və xalqın maddi rifahı, əmin-amanlığı kimi vacib məsələlərdə də görünməmiş müvəffəqiyyətlərə imza atdı. Tam qətiyyətlə demək olar ki, gənclik ruhu, vətənpərvərlik ideyaları və siyasi qətiyyətilə liderlik kürsüsünə qədəm qoyan cənab İlham Əliyevin tarixi missiyası ilə ölkəmizin həyatında yeni bir mərhələ başlandı. Azərbaycan yeni mərhələdə bütövlükdə regionun ən güclü ordusu, dayanıqlı və sabit iqtisadi inkişafı, hətta kosmik gücü olan nüfuzlu, inkişaf etmiş və yenilməz ölkəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursundan güc alaraq inkişaf edən və müasirliyi, inkişafı və intibahı təcəssüm etdirən başlıca region Naxçıvandır. Blokadanın yaratdığı çətinlikləri Naxçıvan uzaqgörənlik, qətiyyət və əzmlə nəinki aşdı, həm də inkişafın yeni bir modelini yaratdı: Naxçıvan modeli. Ali Məclis Sədrinin inkişaf və qayğıya əsaslanan quruculuq siyasəti sayəsində qısa zaman kəsiyində sürətli bir inkişaf yolu keçən Naxçıvan hər bir sahədə - mədəniyyət, iqtisadiyyat, elm, təhsil, incəsənət və s. sahələrdə əhəmiyyətli yeniliyə və müasirliyə qovuşdu, ciddi inkişaf tablosu təcəssüm etdirdi. Naxçıvanın ayrı-ayrı inzibati rayonlarının müasir inkişaf səviyyəsi də bu inkişafın təzahürünə işıq tutur. Sürətli və əsaslı inkişaf yolu keçən rayonlardan biri də tarixin böyük yadigarlarından olan, Böyük İpək Yolu üzərində yerləşən, tarixən ticarət yolu kimi fəaliyyət göstərmiş Culfa rayonudur. 23 kənddən və 1 şəhərdən ibarət olan Culfa rayonunda kənd təsərrüfatı ilə bərabər sənaye sahələri də inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyi qazanmasından sonra Culfanın iqtisadi əhəmiyyəti daha da artmış, aparılan abadlıq və quruculuq işləri sayəsində rayon müasir inkişaf səviyyəsinə qovuşmuşdur. Ən ucqar dağ kəndləri olan Ərəfsə və Boyəhməddən, Şurud və Gal kəndlərindən tutmuş rayon mərkəzinə qədər məktəblər, inzibati binalar, yol və rabitə infrastrukturu və digər sahələr Culfa rayonunda tamamilə yenilənmişdir. Rayonun elə bir kəndi, elə bir yaşayış yeri yoxdur ki, məktəb və inzibati binaları yenilənməmiş olsun. Yol infrastrukturu tamamilə yenidən qurulan Culfa rayonunda turizmin inkişafı üçün də yüksək şərait hökm sürür. Xüsusilə tarixi-mədəni abidələrilə məşhur olan Culfa rayonu qədim və orta əsrlərin ən mühüm abidələrinə malikdir: Əlincə qalası, Fəzlullah Nəimi və Gülüstan türbəsi, Qazançı qalası və körpüsü və b. Yenidən təmir və bərpa edilən hər bir abidə indi adamların zövqünə zövq, marağına maraq qatır. Ən qədim dövrlərin yadigarı olan, Dədə Qorqud dastanlarında adı çəkilən, Azərbaycan Atabəylər dövlətinin xəzinəsi yerləşən, işğal və müharibələr zamanı insanların ümid qapısına, sığınacaq yerinə çevrilən, Əmir Teymur kimi dünya fatehinə 14 il baş əyməyən, azadlıq və yenilməzlik qalası kimi yaddaşları fəth edən Əlincəqalada Ali Məclis Sədrinin sərəncamı və qayğısı ilə aparılan təmir-bərpa işləri bu alınmaz qalanı müstəqil dövlətimizin üçrəngli bayrağının dalğalandığı uca meydana çevirmişdir. Həm də ətəyində Əlincəqala Tarix-Memarlıq muzeyi fəaliyyət göstərən bu məkanda son dövrlərdə aparılan tədqiqatlar nəticəsində aşkarlanmış eksponatlar nümayiş etdirilməkdədir. Orta əsrlərin böyük fikir, elm və ədəbiyyat adamı Fəzlullah Nəiminin türbəsi, sufi təkkələri və xanəgahlar yerləşən bu ərazi həm də mədəniyyət mərkəzi olduğuna əsas gətirir. Əlincəçay vadisi ərazisində yerləşən gözəl təbiət mənzərələri də kənd turizminin inkişafına da marağı artırır. Uzun illərdir fəaliyyət göstərən “Araz” Su-Elektrik Stansiyası Culfadan yayılmağa başlayan işıq selilə Naxçıvanımızın nura boyanmasına öz töhfələrini verir.
Beləliklə, tarixin təqvimində günlər çoxdur. Amma günlər var ki, öz əhəmiyyəti, mənası, yeri ilə təkcə bir yerin, bir ərazinin deyil, bütöv bir ölkənin, xalqın taleyində mühüm rol oynayıb. 22 iyul həm də onunla şərəflənən bir gündür ki, Ulu Öndər Heydər Əliyevlə başlanan Böyük Qurtuluş məhz bu tarixdən yol almışdır: tarixin ən uzaqgörən və yenilməz sərkərdəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin günlərində böyük fədakarlıq nümunəsi göstərərk öz doğma vətəninə - Azərbaycanın alınmaz qalası Naxçıvana qədəm basmışdır. Bu gündən başlanaraq Naxçıvanda həyata keçirilən böyük tarixi missiya dağılmaq təhlükəsi ilə üzbəüz qalan Azərbaycanın gələcək müstəqilliyi, ərazi bütövlüyü və inkişafına zəmin hazırlamışdır. Bu gün Böyük Qurtuluşa, Müstəqilli Gününə və İnkişaf tarixinə gedən Qayıdış günüdür.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 562
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi