Bütün xəbərlər
Nigeriyanın keçmiş prezidenti Muhammadu Buhari 82 yaşında vəfat edib
Tarix: 13-07-2025 21:17 | Bölmə: Dünya

Nigeriyanın keçmiş prezidenti Muhammadu Buhari 82 yaşında vəfat edib, onun sözçüsü Qarba Şehu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sabiq dövlət başçısı London xəstəxanalarından birində dünyasını dəyişib.
Mətbuat katibi X sosial şəbəkəsində yazıb: “Keçmiş prezident Muhammadu Buharinin ailəsi onun ölümünü elan edib.
Buhari 1942-ci il dekabrın 17-də 1960-cı ilə qədər Britaniya koloniyası olan Nigeriyanın şimalında, Katsina əyalətində (1987-ci ildən - Katsina ştatı) yerləşən Daura şəhərində anadan olub. Fulani xalqının nümayəndəsi və ailədə 23 uşağın ən kiçiyi olub. Buhari 2015-2023-cü illərdə Nigeriya prezidenti vəzifəsində çalışıb. O, bundan əvvəl 1983-1985-ci illərdə Ali Hərbi Şuranın sədri vəzifəsində çalışıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər