Bütün xəbərlər
Putin: "Rusiya ya suveren olacaq, ya da ümumiyyətlə olmayacaq"
Tarix: 13-07-2025 21:19 | Bölmə: Manşet

Rusiya ya suveren olacaq, ya da ümumiyyətlə olmayacaq, Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Video ZARUBIN Telegram kanalında yayımlanıb.
Rusiya lideri bildirib ki, başqa cür ola bilməz.
"Biz sadəcə olaraq başqa cür yaşaya bilmərik, Rusiya ya müstəqil və suveren olacaq, ya da ümumiyyətlə olmayacaq", - prezident müsahibəsində deyib.
Vladimir Putin həmin müsahibəsində vurğulayıb ki, SSRİ-nin dağılmasından sonra məlum olub ki, Rusiya ilə Qərb arasında ziddiyyətlər ideoloji fərqliliklərə deyil, geosiyasi maraqlara əsaslanır. Bundan əlavə, dövlət başçısı bildirib ki, böyük siyasətdə əxlaq məsələsi ruslar üçün vacibdir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər