10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Qılınkarov: "Rusiya və Ukrayna münaqişənin payıza qədər dayandırılması ilə bağlı razılığa gələ bilməyəcəklər"
Tarix: 30-06-2025 15:37 | Bölmə: Siyasət

Rusiya və Ukraynanın bu ilin payızına qədər dayanıqlı və uzunmüddətli sülh barədə razılığa gələ biləcəyinə inanmağa heç bir əsas yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya 1” telekanalında “60 dəqiqə” verilişinin efirində Ali Radanın keçmiş deputatı Spiridon Kılınkarov deyib.
Onun sözlərinə görə, İstanbulda aparılan danışıqların formatı yalnız atəşkəsin müzakirəsini nəzərdə tutur və hələlik uzunmüddətli sülhdən söhbət gedə bilməz.
"Yaxın gələcəkdə İstanbulda hər hansı konstruktiv dialoqun baş tutacağına inanmaq üçün heç bir əsas yoxdur.Bu danışıqlar formatı dialoq üçün çox dar imkanlar dəhlizini nəzərdə tutur. Biz yalnız atəşkəs imkanlarından danışırıq. Əslində, biz uzunmüddətli, davamlı sülh məsələsini müzakirə etməyə belə yaxınlaşmamışıq. Bu, hələ də baş verməyib, mən hesab edirəm ki, bu, hələ də baş verməyib. Bir il ərzində çətin ki, bu münaqişənin siyasi və diplomatik yolla nizamlanması üzrə az-çox konstruktiv dialoqa keçə bilək”, - Kılınkarov hesab edir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva İstanbulun Kiyevlə danışıqlar platforması olaraq qalmasından irəli gəlir. O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqların növbəti raundunun vaxtını Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri müəyyən edəcək.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər