Bütün xəbərlər
İranda böyük fiber optik nasazlığı səbəbindən internet kəsilib
Tarix: 12-07-2025 20:49 | Bölmə: Karusel

Xaricdə böyük fiber optik nasazlığı İranda internetin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikasının informasiya və telekommunikasiya texnologiyaları nazirinin müavini Behzad Əkbəri deyib.
Qurum rəsmisi vəziyyəti rabitənin keyfiyyətinin pisləşməsi ilə X sosial şəbəkəsindəki səhifəsində yazı dərc etməklə izah edib.
"İnternetin keyfiyyətinin aşağı düşməsi xaricdə böyük fiber-optik nasazlıq səbəbindən baş verib", - məlumatda deyilir.
Bundan əvvəl, yanvar ayında Baltik dənizində fiber optiklə bağlı böyük insident baş vermişdi. Daha sonra dənizin dibində uzanan kabellərin qırılması səbəbindən Almaniya, Litva, Finlandiya və İsveçdə rabitə kəsilib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər