Bütün xəbərlər
"Associated Press": Arizona sətəlcəm vəbasından ölüm qeydə alıb
Tarix: 12-07-2025 20:37 | Bölmə: Karusel

ABŞ-ın Arizona ştatında bir nəfər pnevmonik vəbadan ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə rəsmilərinə istinadən "Associated Press" məlumat yayıb.
Ölüm hadisəsi iyulun 11-də Kokonino qraflığında qeydə alınıb.
“Flagstaff-ın da daxil olduğu Kokonino qraflığında ölüm 2007-ci ildən bəri sətəlcəm vəbasından ilk bildirilən ölümdür”, - nəşr bildirib.
Pnevmonik vəbanın Yersinia pestis bakteriyasının səbəb olduğu ağır ağciyər infeksiyasıdır. Xəstəliyin bu forması ən ölümcül və asanlıqla yayılır. Taun yoluxmuş birə dişləmələri və ya çirklənmiş bədən mayeləri ilə təmas yolu ilə ötürülür.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər