00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu
Tarix: 20-07-2019 09:54 | Bölmə: Mədəniyyət

Əsl adı Ələsgərmiş, amma Fərəc deyərmişlər. Tanımazsız, qoruq-qaytaqlar başına elə oyun açmayıb ki! Məşhur Nağıyevlər nəslindəndi. Lap dəqiqi, Ağa Musa Nağıyevin qardaşı oğludu...
Fərəc - kədərdən sonrakı sevinc
1902-ci ildə Ağa Musanın oğlu İsmayıl (Bu həmin İsmayıldı ki, atası onun xatirəsinə 1907-1908-ci illərdə xeyriyyə məqsədiylə böyük bir bina tikdirir. Həmin bina “İsmailiyyə” adlanır. İndiki Elmlər Akademiyasının Rəyasət Heyətinin binası) dünyasını dəyişir. Düz bir ildən sonra bu ocaqda bir oğlan uşağı doğulur. O vaxt Ağa Musa Nağıyev xaricdə səfərdəymiş, ona görə də uşağın doğulduğundan çox gec xəbər tutur. Qayıdıb gələndə görür ki, qardaşının evində bir körpə var. Adını da Ələsgər qoyublar. Sevinir, amma deyir ki, nahaq məni gözləməmisiz, adını Fərəc qoyardım. Fərəc - kədərdən sonra gələn sevinc deməkdi. Allah onu İsmayılın əvəzinə göndərib... Beləcə doğma övladlarını itirən Ağa Musa Nağıyev qardaşı oğlunu özünə varis edir...
Elə o vaxtdan da balaca Ələsgər dönüb olur Fərəc.
Dilarə Nağıyeva (qızı):
- Ağa Musa atamı çox istəyirdi. Biz balacaydıq, xarici bankdan atamın adına Ağa Musanın əmanətdəki pulunun vərəsəlik sənədi gəlmişdi. Səhəri gün atamı NKVD-yə çağırdılar. Özü danışırdı: deyirdi, bütün gecəni yatmadım, səhəri dirigözlü açdım. Üstümə üç yorğan atmışdılar, yenə də tir-tir əsirdim. Durub gedəndə evdəkilərlə vidalaşdım ki, bilmək olmaz, bəlkə, heç geri qayıtmadım. Deyirdi, NKVD-nin dəhlizindən keçəndə elə bil divarlar məni sıxırdı. İnanmırdım ki, bu divarlar məni evə qayıtmağa qoyacaq. Bilirdim ki, bu pulun axırda bir xatası olacaq.
Atam NKVD-də yaxın qohumumuza rast gəlir. Həmin adam sakitcə yaxınlaşıb deyir ki, pulu başından elə, yoxsa pis olacaq. Atam da gedib sənədə qol çəkir ki, ona bu pulun bir qəpiyi də lazım deyil, hamısını yetimxanalara verir. Amma o vaxt özümüzın pula ehtiyacı vardı. Nəyimiz vardısa, hamısını talayıb aparmışdılar.
“Soyadımız başımıza bəla olmuşdu”
Sənətə gələndə cavanmış: cəmi 17-18 yaşı varmış. “Tənqid-təbliğ” Teatrından başlayır. Hələ qismətinə epizodik rollar düşür...
Sonrasa Bakı Xalq Teatrında işləyir. Düz 1928-ci ilə kimi. Bir il sonrasa...

- Həmin ildən atamın səyyar həyatı başladı. Bakıda işləməyə imkan vermirdilər. Bir rayonda yerini rahatlayan kimi ordan çıxarıb başqa yerə göndərirdilər. Salyana, Sabirabada, Şəkiyə, Dərbəndə, Aşqabada... Hərəmiz bir tərəfdə doğulmuşuq. Soyadımız başımıza bəla olmuşdu. Bir yandan da qaçaqlar. Anam danışırdı ki, tez-tez üstümüzü qaçaqlar alırdı. Deyirdilər, Murovdağdan gəliblər. Bir dəfə qaçaqlar evimizi mühasirəyə alır. O vaxt anam qucağı uşaqlıymış. Uşağı da, anamı da balışların altında gizlədiblər ki, qaçaqların əlinə keçməsin.
Aktyor, rəssam, rejissor...
Fərəc 1932-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Üç sənətin sirlərini öyrənir: aktyorluq, rəssamlıq, rejissorluq.
- Atam harda işləyirdisə, teatrın yükü onun üstünə düşürdü. Rəssamlıq eskizlərindən tutmuş, aktyorların paltarlarına kimi hamısını özü hazırlayırdı. O vaxt Sabirabad, Salyan, Aşqabad, Dərbənd, Nuxa teatrlarını yaradanlardan biri də atam olub. Sabirabad teatrında işləyəndə Lütfiyar İmanov hələ tanınmırdı. Atam ona rollar verib, qabağa çəkib, sənətə gətirib. Deyirdi ki, Rübabə Muradovanın, Münəvvər Kələntərlinin tanınıb üzə çıxmasında da köməyi çox olub.
...Bir günsə Fərəc Nağıyevin Bakıdakı evini əlindən alırlar. Bu işdə Mir Cəfər Bağırovun xüsusi tapşırığı olur:
- Atam nə qədər çalışırsa, bir şey çıxmır. Deyirlər, sənin evə ehtiyacın yoxdu. Beş uşaq, atam, anam... belə böyük külfətə ev lazım deyildimi? Axır ki, 50-ci illərdə birdəfəlik Bakıya qayıdandan sonra evimizin bir otağını geri ala bildik. Həmin vaxtlar atam Bakı Xalq Yaradıcılıq Evində rejissor, baş metodist işləyib. Sənətinin dəlisiydi, vəzifə-filan istəyində deyildi. Amma heç vaxt qədir-qiyməti bilinmədi. Şeir də yazırdı, hərdən bizə də oxuyardı. Adil İsgəndərovun vaxtında “Xırs - quldurbasan” tamaşasının əvvəlinə və axırına şeir yazmışdı. 1961-63-cü illərdə dənizkənarı parkdakı Estrada Teatrında işlədi. Orda da öz şeirləri ilə çıxış eləyirdi, duzlu, məzəli... Elə həmin vaxtlar Bakı Xalq Yaradıcılıq Evində lal-karlarçün də teatr təşkil eləmişdi. Orda rejissor kimi də işləyirdi.
1973-cü il. Bu tarix ağır sınaqlardan çıxan ailəyə daha bir bəla gətirir. Ailənin başçısı - Fərəc xərçəng xəstəliyinə tutulmuşdu...
- Ruxsarə xanım bizə gəlmişdi. O, Azərbaycanda ilk qarmonçalan qadın olub. Pianoda da yaxşı çalırdı. Həm də böyük bir nəslin qızıydı, Mirzəbəyovlardanıydı. Ruxsarə xanımın atamla arası yaxşıydı, dostluqları tuturdu. Eşitmişdi ki, Fərəc xəstədi, durub gəlmişdi. Atamın kefini açmaqçün “Leyli və Məcnun”dan bir musiqi çaldı. Atam da oxudu. Səsi adamın ürəyini parçalayırdı. Biz onu oxuyan görməmişdik. Yəqin, bilirmiş ki, ömrünə az qalıb...
Fərəcin ölümü ömür-gün yoldaşı Zəhra xanımçün çəkilməz dərd oldu. Düz 20 il hər ay qəbrini ziyarət elədi. 1992-ci ildəsə həmişəlik yanına köçdü.
Xoş sonluq
...Yazını ölümlə qurtarmaq istəmirəm. Dilarə xanım ata-anasının nağılabənzər sevgisindən danışdı mənə. Mən də sizə danışım:
Fərəcin 9, Zəhranın da 4 yaşı varmış. Fərəcin anası Məşədi Balacaxanımın gözləri tutulur. Heç kəs dərdinə dərman eləyə bilmir. Bir gün Zəhranın nənəsi Məsməxanım Məşədi Balacaxanımgilə gəlir. Arvadı görür, deyir, mən səni sağaldaram. Başlayır türkəçarəyə. Bir müddət sonra Balacaxanımın gözləri açılır. Sevindiklərindən öz aralarında danışırlar ki, gəl qohum olaq. Məsməxanım deyir ki, mənim 8 qız nəvəm var, birini sənin oğluna verirəm. Məşədi Balacaxanım oğlunu götürüb gedir qızlardan birini bəyənməyə. Səkkiz qızı düzürlər sıraya. Fərəcə deyirlər, bu qızların hansı sənin olsun? Fərəc də hamısına baxır, axırda əliylə Zəhranı göstərir. Zəhra, doğrudan da, qızların ən gözəliymiş. O gündən 4 yaşlı Zəhrayla 9 yaşlı Fərəci nişanlayırlar. Uşaqlar yavaş-yavaş böyüyür. Ağılları kəsəndə bir-birilərini sevirlər. Fərəc evdəkilərdən xəlvət nişanlısını teatra apararmış. Zəhranın balaca bacısına da şirnidən-konfetdən alıb tapşırarmış ki, birlikdə teatra getdiklərini atasına deməsin. Fərəc Zəhranı hər kəsə qısqanırmış. Onun paltarlarını da özü tikirmiş ki, qadının bədəninə özgə əli dəyməsin.

P.S. Ötən əsrin əvvəllərində Bakının neft milyonçularından olmuş Ağa Musa Nağıyevin iki övladı dünyaya gəlib - Ümbülbanu və İsmayıl. Hər ikisi dünyadan vaxtsız köçüb. Deyilənə görə, hər iki övladını itirəndən sonra Ağa Musa çox pis hala düşür. Nə milyonlar, nə sərvət, nə tikdirdiyi dəbdəbəli binalar onun gözünə görünür. Onun bu halını görən qardaşı Ağa Əli məsləhət görür ki, 4 oğlundan birini özünə övladlığa götürsün. Həmin vaxt Ağa Əlinin həyat yoldaşı 5-ci uşağa hamilə imiş. Ağa Musa isə deyir, bu doğulacaq uşağı verərsən mənə. Qardaşı qayıdır ki, birdən qız oldu? Ağa Musa deyir, eybi yox, qismət Allahdandır! Elə olur ki, oğlan doğulur - 1903-cü il dekabrın 5-də (Ağa Musanın İsmayıl oğlu 1902-ci ildə dünyasını dəyişmişdi). Ağa Musa yeni doğulan uşağa Fərəc adını verir. Mənası - kədərdən sonra gələn sevinc deməkdir. Bundan sonra İsmayılın kədərini, azacıq da olsa, unudur və sevincini balaca Fərəcdə tapır.
1998
Səfurə Çərkəzqızı,
“Sevdalılar”
Modern.az
Baxış sayı: 899
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb