Bütün xəbərlər
Suriya Xarici İşlər Nazirliyinin rəhbəri Dəməşqdə Rusiya nümayəndə heyəti ilə görüşüb
Tarix: 09-09-2025 14:59 | Bölmə: Dünya

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Dəməşqdə Rusiya baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə görüşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Al-Watan” qəzeti məlumat yayıb.
Görüş çərçivəsində tərəflər iqtisadi sahədə ikitərəfli əlaqələri, eləcə də təhlükəsizliklə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.
"Xarici işlər naziri Əsəd əl-Şibani Rusiya Baş nazirinin müavini Aleksandr Novakı və onu müşayiət edən nümayəndə heyətini Dəməşq sarayında bir sıra nazir və rəsmilərin iştirakı ilə qəbul edib", - Suriya mənbəsi bildirib.
Bundan əvvəl Rusiya nümayəndə heyətini Suriya prezident administrasiyasının rəhbəri Maher əş-Şaraa qarşılayıb.



Baxış sayı: 646


Bölməyə aid digər xəbərlər