Bütün xəbərlər
Aktyor və rejissor Boris Martınov vəfat edib
Tarix: 08-09-2025 16:37 | Bölmə: Mədəniyyət

Aktyor və teatr rejissoru Boris Martınov 88 yaşında vəfat edib.
Müvafiq yazı "Kino-teatr.ru" portalında yer alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Boris Martınov 1938-ci ildə Omskda anadan olub. Omsk Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib, rus ədəbiyyatı müəllimi işləyib, həmçinin Omsk radiosunun “Qızıl fondu”na şeirlər yazıb.
Daha sonra E.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şçukin adına Teatr Məktəbini bitirib. Şukin məktəbində ali rejissorluq kurslarını bitirdikdən sonra Malı teatrında peşəkar teatr fəaliyyətinə başlayıb. O, 30 ilə yaxın ömrünü Ukraynada teatr sənətinin inkişafına həsr etmiş, müxtəlif teatrlarda 150-dən çox tamaşa qoymuşdur. Krım Rus Dram Teatrında, Çerniqov Gənclər Teatrında, Luqansk Vilayət Rus Dram Teatrında çalışıb.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər
11-08-2025, 17:40 Yazıçı vəfat edib