15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
33 yaşlı balet artistinin Tailandda necə öldüyü məlum olub
Tarix: 22-07-2025 15:28 | Bölmə: Mədəniyyət

Yakutiya Dövlət Opera və Balet Teatrının artisti Mixail Dmitriyevin yaxın dostu Tailandda tətil zamanı faciəvi şəkildə ölməsinin şərtlərindən danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "14.ru" nəşrinin onun sözlərinə istinadən yazdığına görə, Banqkokda Mixaili yolu keçərkən maşın vurub.
Parlaq və istedadlı 33 yaşlı balet artistinin ölümü ilə bağlı mesaj daha əvvəl 14 il çalışdığı teatrın rəsmi saytında yer almışdı.
Ondan ancaq anası və qardaşı qalıb. Teatrdan verilən məlumata görə, meyitin Rusiyaya aparılması üçün “külli miqdarda pul” tələb olunur – təxminən yarım milyon rubl.
Mixailin qohumları, dostları və həmkarları bu məbləği artırmağa ümid edirlər.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər