Bütün xəbərlər
Maduro: "Üçüncü Dünya Müharibəsi artıq başlayıb"
Tarix: 09-09-2025 16:32 | Bölmə: Dünya

Venesuela prezidenti Nikolas Maduro üçüncü dünya müharibəsinin artıq başladığına inanır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın münaqişə ilə bağlı öz planları var.
O, həmçinin əlavə edib ki, ABŞ dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu tətbiq etməyi planlaşdırır.
"Roma Papası Fransisk iki il əvvəl demişdi ki, biz III Dünya Müharibəsinə doğru gedirik. İnanıram ki, o, artıq başlayıb", - Maduro RT telekanalına müsahibəsində deyib.
Maduro ABŞ-ın Venesuelaya hücumunun dəlilik olacağını da bildirib.
Bundan əvvəl Maduro ölkənin milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün Kolumbiya ilə sərhəddə, Karib dənizi və Venesuelanın Atlantik okeanı sahillərində 25 min hərbçinin səfərbər edilməsini və sonradan yerləşdirilməsini əmr etmişdi.
KİV avqust ayında ABŞ-ın narkotik kartelləri ilə mübarizə aparmaq üçün əməliyyatlar aparmaq üçün Karib dənizinin cənubundakı Venesuela sahillərinə USS Gravely, USS Jason Dunham və USS Sampson esmineslərini göndərdiyini bildirib. Bundan başqa, Venesuela sahillərinə USS Newport News nüvə sualtı qayığı, idarə olunan raket kreyseri USS Lake Erie, həmçinin desant gəmiləri və 4,5 min amerikalı hərbçi yerləşdirilib.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər