08:59 / 29-07-2025
Zəlzələ qeydə alınıb
08:50 / 29-07-2025
İki uşaq çayda batıb
Bütün xəbərlər
"Rembo 3"də oynayan israilli aktyor Abutbul Hayfa yaxınlığındakı çimərlikdə dünyasını dəyişib
Tarix: 29-07-2025 19:26 | Bölmə: Mədəniyyət

İsrailin ən məşhur kinoaktyorlarından biri Alon Moni Abutbul Hayfa şəhəri yaxınlığındakı çimərlikdə dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Ynet" xəbər resursu məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, 60 yaşlı aktyor sudan çıxandan sonra ətrafdakılara özünü yaxşı hiss etmədiyini deyib, bundan sonra huşunu itirib. Zəngə gələn təcili tibbi yardım əməkdaşları 1 saat ərzində reanimasiya tədbirləri görsələr də, nəticəsi olmayıb.
Abutbul 28 may 1965-ci ildə İsrailin Kiryat Ata şəhərində Misir və Əlcəzair kökləri olan yəhudi ailəsində anadan olub. İncəsənət məktəbini bitirdikdən sonra İsrail kinosunda aktyorluq karyerasına başlayıb.
Sənətçi dünya şöhrəti Amerikanın "Rembo 3" döyüş filmində çəkildikdən sonra qazanıb. 2005-ci ildə Stiven Spilberqin “Münhen” filmində, üç ildən sonra isə Ridli Skottun “Yalanların bədəni” filmində rol alıb. 2012-ci ildə o, Kristofer Nolanın “Qaranlıq cəngavər yüksəlir” filmində rol alıb. Aboutbul vaxtının çox hissəsini Los-Ancelesdə tərəfdaşı, rejissor Şir Bilə ilə keçirib. Onların dörd övladı var idi.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər