Bütün xəbərlər
Navroçki: "Polşa müttəfiqləri ilə NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edir"
Tarix: 10-09-2025 12:59 | Bölmə: Manşet

Polşa hakimiyyəti müttəfiqləri ilə ölkədə PUA insidentindən sonra NATO Müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələrin aparılması imkanını müzakirə edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navroçki TVP İnfo telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.
Navroçki bu məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyini dəqiqləşdirməyib.
“Bu görüşdə (Milli Təhlükəsizlik Bürosunda) biz Şimali Atlantika Müqaviləsi 4-cü maddəsinin tətbiqi imkanlarını müzakirə etdik”, - Navroçki bildirib.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Rusiya pilotsuz təyyarələrinin ölkə səmasında vurulduğunu bildirib. Siyasətçi hadisəni NATO hava məkanında ilk belə hadisə adlandırıb.
Bundan əvvəl Polşa hakimiyyəti Rzeşov-Yasionka və Lyublin hava limanlarını “planlaşdırılmamış hərbi fəaliyyətə” görə bağlayıb. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Polşa və müttəfiqlərinin təyyarələrinin ölkənin hava məkanında fəaliyyət göstərdiyini, yerüstü hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.



Baxış sayı: 829


Bölməyə aid digər xəbərlər