Bütün xəbərlər
Kallas: "Aİ Ukraynaya təxminən 169 milyard avro yardım edib"
Tarix: 09-09-2025 21:36 | Bölmə: Manşet

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropa İttifaqı Kiyev rejiminə ümumilikdə 169 milyard avroya yaxın dəstək verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa Parlamentində çıxışı zamanı deyib.
Diplomatın sözlərinə görə, son üç il yarım ərzində Avropa ölkələri Ukraynaya müxtəlif növ yardımlar, o cümlədən hərbi texnika, silahlar, eləcə də iqtisadiyyatın və dağılmış infrastrukturun bərpası üçün kreditlər verib.
“2022-ci ildə genişmiqyaslı hərbi əməliyyatların başlanmasından bəri Avropa İttifaqı və onun üzv ölkələri (Ukraynaya) demək olar ki, 169 milyard avro məbləğində maliyyə dəstəyi göstəriblər.
Kallasın sözlərinə görə, ümumi məbləğin demək olar ki, üçdə biri (63 milyard avrodan çox) sursat və hərbi texnika təchizatından təşkil olunub. Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, 2025-ci ilin sonuna qədər maliyyə dəstəyinin həcmi üç illik maksimuma çatacaq.
Bundan əlavə, Kallas Avropa Parlamentinin deputatlarını Kiyevə Rusiyanı cilovlamaq üçün yardımı davam etdirməyə çağırıb. O, iddia edir ki, Rusiya hakimiyyəti tezliklə sülh sazişinin əldə olunmasında maraqlı deyil, ona görə də Aİ Ukraynanı lazımi resurslarla təmin etməyə diqqət etməlidir.
Rusiya hakimiyyəti də öz növbəsində dəfələrlə vurğulayır ki, Qərb ölkələrinin həddindən artıq militarist yanaşması Ukrayna münaqişəsində sülh prosesini çətinləşdirir.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər