19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
RİA Novosti: Francis Ford Coppola əməliyyatdan sonra Romadakı xəstəxanadan buraxılıb
Tarix: 07-08-2025 19:37 | Bölmə: Mədəniyyət

Rejissor və ssenarist Frensis Ford Koppola Romadakı Tor Verqata xəstəxanasını tərk edib. O, ürək əməliyyatından sonra evə buraxılıb. Rejissor özünü yaxşı hiss edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Koppola çərşənbə axşamı xəstəxanaya yerləşdirilib. Mediada gedən ziddiyyətli xəbərlər fonunda rejissor sosial şəbəkələrində özünü əla hiss etdiyini və ürək əməliyyatı üçün İtaliyaya gəldiyini yazıb.
Kinorejissor anormal ürək ritmlərinə səbəb olan xəstəlik olan atrial fibrilasiya səbəbindən 30 ildən çox əvvəl etdiyi proseduru təkrar etməli olub. Koppola bu patologiyanın müalicəsi üçün bir üsul icad edən kardiocərrah Andrea Natalenin yanına gəldi.
Məşhur rejissor tamaşaçılara “Xaç atası” kinotrilogiyasını və “Apokalipsis İndi” filmini hədiyyə edib. Koppola altı dəfə "Oskar!" və iki dəfə “Qızıl Palma” mükafatı laureatıdır.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər