Bütün xəbərlər
Aleksey Markov Rusiya Federasiyasının Nyu-Yorkdakı baş konsulu təyin edilib
Tarix: 10-09-2025 13:38 | Bölmə: Karusel

Rusiya Xarici İşlər Nazirliyi Aleksey Markovu Rusiya Federasiyasının Nyu-Yorkdakı (ABŞ) baş konsulu təyin edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Markov 1980-ci ildə anadan olub. 2002-ci ildə Kolomna Dövlət Pedaqoji İnstitutunu, 2003-cü ildə isə Moskva İqtisadiyyat və Hüquq Akademiyasını bitirib. Diplomat ingilis və alman dillərini bilir və 2025-ci ilin iyununda ona verilən 2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsinə malikdir.
“Rusiya Xarici İşlər Nazirliyinin əmri ilə Aleksey Gennadyeviç Markov Rusiya Federasiyasının ABŞ-ın Nyu-York şəhərində baş konsulu təyin edilib”, - deyə, məlumatda bildirilir.
Aleksey Markov 2003-cü ildən diplomatik xidmətdədir, 2013-2024-cü illərdə Rusiya Xarici İşlər Nazirliyinin Baş Katibliyində (Departamentində) və Şimali Amerika Departamentində, 2024-2025-ci illərdə isə Rusiyanın ABŞ-ın Hyuston şəhərində baş konsulu vəzifəsində çalışıb. Diplomatik zabit 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyublinskini Rusiya Federasiyasının xarici işlər nazirinin müavini təyin edib.



Baxış sayı: 451


Bölməyə aid digər xəbərlər