Bütün xəbərlər
Sənədli kinorejissor Ella Davletşina 78 yaşında vəfat edib
Tarix: 21-08-2025 17:36 | Bölmə: Mədəniyyət

Sənədli kinorejissor Ella Davletşina uzun sürən xəstəlikdən sonra avqustun 20-də 78 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı özünün Telegram kanalında məlumat yayıb.
"2025-ci il avqustun 20-də gözəl, parlaq, istedadlı insan Ella Xamziniçna Davletşina (1947-2025) vəfat etdi", - ittifaqın bəyanatında deyilir.
1984-cü ildə Novosibirskə köçən Ella Davletşina Qərbi Sibir Kino Xronika Studiyasında işləməyə başladı. Əvvəlcə "Ekranda Sibir" kinojurnalının buraxılışına cavabdeh idi, sonra rejissorluğa başladı.
Davletşina bir neçə kinematoqrafik layihələrin yaradıcısı və iştirakçısıdır. Onların arasında "Sibir - Alyaska" və "Sərhədsiz sənədlər" beynəlxalq seminarları var. Onun əsas layihəsi Novosibirskdə keçirilən "Sibirdə görüşlər" beynəlxalq festivalı idi və o, təsis edildiyi vaxtdan - 1996-cı ilin sentyabrından rəhbərlik etmişdir. Davletşina Novosibirsk Sənədli Kino Evinin də əsasını qoyub.
Kinematoqrafçılar İttifaqı Ella Davletşinanın ailəsinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər
11-08-2025, 17:40 Yazıçı vəfat edib