Bütün xəbərlər
FSB: Krımda hava hücumundan müdafiə məlumatlarını Ukrayna kəşfiyyatına ötürən şəxs saxlanılıb
Tarix: 10-09-2025 13:17 | Bölmə: Karusel

Feodosiya sakini Krımda yarımadada hərbi obyektlər və hava hücumundan müdafiə vasitələri haqqında məlumatları Ukrayna kəşfiyyatına ötürməkdə şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, həmin şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) əməkdaşı tərəfindən işə götürülüb.
"Dövlətə xəyanət etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Rusiya vətəndaşı Krım Respublikası ərazisində saxlanılıb", - agentlik xəbər verir.
Həmin şəxsin Krımın kritik infrastrukturu və hava hücumundan müdafiə vasitələrinin koordinatları olan foto, video və faylları WhatsApp vasitəsilə düşmən kəşfiyyatına göndərdiyi dəqiqləşdirilir.
Şübhəli şəxs nəzarətə götürülüb, dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl məlum olub ki, Permdəki müdafiə zavodunun keçmiş işçisi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə 13 il müddətinə azadlıqdan məhrum edilib. Ukrayna xüsusi xidmət orqanlarının daha bir agenti İjevskdə terror aktı hazırlayarkən saxlanılıb.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər