Bütün xəbərlər
Ticarət mərkəzinin şüşələrini yuyan iki işçi 4-cü mərtəbədən yıxılıb
Tarix: 09-09-2025 12:15 | Bölmə: Sosial

Ulan-Udedə “People`s Park” ticarət mərkəzinin şüşələrini yuyarkən iki işçi 4-cü mərtəbədən yıxılıb, araşdırma aparılır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Buryatiya prokurorluğu məlumat yayıb.
İnternetdə aparılan monitorinqlər zamanı müvafiq məlumat aşkarlanıb. Hadisə şahidlərinin sözlərinə görə, liftin operatoru işçiləri hündürlüyə qaldırmağa başlayıb, lakin tikinti beşiyinin kabeli qırılıb və iki nəfər aşağı düşüb.
"İlkin müəyyən edilib ki, 29 və 36 yaşlı kişilər hündürlükdən yıxılaraq çoxsaylı bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər, onlardan biri reanimasiyadadır", - prokurorluğun açıqlamasında bildirilir.
Əsaslar olarsa, prokurorluq reaksiyası tədbirləri görüləcək.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər