Bütün xəbərlər
Festivalda insanların kütləvi zəhərlənməsi ilə bağlı xəbərləri təkzib edib
Tarix: 09-09-2025 14:57 | Bölmə: Mədəniyyət

Saxalin vilayətinin Səhiyyə Nazirliyi “Saxalin qanadları” festivalının iştirakçıları və könüllülərinin kütləvi zəhərlənməsi ilə bağlı xəbərləri təkzib edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq mesaj idarənin Telegram-kanalında dərc olunub.
Həmin gün səhər saatlarında bir sıra Telegram kanalları iki günlük işdən sonra “Saxalin qanadları” festivalında 17 və daha yuxarı yaşda olan 18 könüllünün zəhərləndiyi barədə məlumat yaymağa başlayıb. Qeyd olunur ki, üçüncü gün uşaqlar artıq evdə olanda qızdırma, ishal və ümumi halsızlıqdan şikayət etməyə başlayıblar. Axşama yaxın yoluxucu xəstəliklər şöbəsinə zənglər daxil olub.
"(Festivalın) üç günlük proqramının sonunda könüllü olan bir qız tibb müəssisəsi ilə əlaqə saxlayıb.O, bağırsaq pozğunluğu əlamətləri ilə tibb müəssisəsinə yerləşdirilib və lazımi yardım göstərilir.Xəstənin vəziyyəti qənaətbəxşdir", - Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Könüllülərdən və ya festival iştirakçılarından tibb müəssisələrinə başqa müraciətlər qeydə alınmayıb.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər
11-08-2025, 17:40 Yazıçı vəfat edib