Bütün xəbərlər
Şmıxal: "Kiyev “Mirage” qırıcıları və “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə razılığa gəlib"
Tarix: 10-09-2025 13:03 | Bölmə: Karusel

Ukraynanın müdafiə naziri Denis Şmıxal Telegram-da Almaniyadan “Patriot” hava hücumundan müdafiə sistemləri və Fransadan “Mirage” qırıcılarının tədarükü ilə bağlı razılığa gəldiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun həmçinin bildirdiyinə görə, Kiyev rejimi Qərb tərəfdaşları ilə bir sıra başqa müqavilələr də bağlayıb. Onların arasında Avropa İttifaqı tərəfindən Kiyevə iki milyon döyüş sursatının verilməsi, həmçinin Aİ-nin “sülh fondu”ndan 6,6 milyard avronun ABŞ-dan silah alınması üçün istifadə imkanının verilməsi də var.
"Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun 30-cu iclasının əsas razılaşmaları: Almaniya - iki Patriot sisteminin təhvil verilməsi, Fransa - "Mirage" təyyarələrinin təhvil verilməsi və Ukraynanın aviasiya imkanlarına dəstək", - nəşr yazır.
Bundan əvvəl Ukrayna və Litva uzun mənzilli pilotsuz təyyarələrin istehsalına dair müqavilə imzalayıblar. Şmıxalın sözlərinə görə, Litva ilə hərbi əməkdaşlıq ölkələrə texnologiya mübadiləsi aparmağa, Ukrayna şirkətlərinə isə Litvada ayaq üstə durmağa imkan verəcək. Bundan əvvəl Şmıxal Kiyev rejimi ilə İsveç arasında müdafiə təyinatlı məmulatların birgə istehsalına dair razılaşmanın olduğunu açıqlamışdı.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər