Bütün xəbərlər
XİN: Rusiya İsrailin Dohaya zərbə endirməsini beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edir
Tarix: 10-09-2025 12:39 | Bölmə: Karusel

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun üzvlərinə zərbələr endirməsini beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması hesab edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirliyin vurğuladığına görə, İsrailin zərbələri Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə və sabitliyinin pozulmasına gətirib çıxaran addımdır.
"Rusiya baş verənləri beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması, müstəqil dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd kimi qiymətləndirir", - XİN-in saytında dərc olunan bəyanatda deyilir.
XİN qeyd edib ki, İsrailin düşmən və rəqib hesab etdikləri insanlara qarşı bu cür mübarizə üsulları ən sərt qınağa layiqdir.
Bundan əvvəl İsrailin Dohaya endirdiyi zərbələr Çin və Kanada tərəfindən də kəskin şəkildə pislənib. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp da vəziyyətlə bağlı danışıb. Amerika liderinin sözlərinə görə, o, İsrailin hərəkətlərindən məmnun deyil.
Sentyabrın 9-da Qətərin paytaxtında bir neçə partlayış baş verib və buna görə məsuliyyəti İsrail Müdafiə Qüvvələri (IDF) üzərinə götürüb.




Baxış sayı: 363


Bölməyə aid digər xəbərlər