Bütün xəbərlər
Belarus onlara yaxınlaşan naməlum təyyarələr barədə Polşa və Litvanı xəbərdar edib
Tarix: 10-09-2025 12:30 | Bölmə: Karusel

Belarusun növbətçi hava hücumundan müdafiə qüvvələri Polşa və Litvaya naməlum təyyarələrin onların ərazilərinə yaxınlaşması barədə məlumat verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Respublika Baş Qərargahının rəisi Pavel Muraveyko deyib.
Onun sözlərinə görə, məlumat mübadiləsi sentyabrın 9-u saat 23:00-dan sentyabrın 10-u saat 04:00-dək aparılıb.
"Hava vəziyyəti ilə bağlı məlumat mübadiləsi bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsinin mühüm komponentidir və etimad tədbirlərinin qurulmasına və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir", - Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Muraveyko vurğulayıb ki, bu, Polşaya pilotsuz təyyarələrin hərəkətlərinə operativ reaksiya verməyə imkan verib.
Bundan əvvəl Belarusun Baş Qərargah rəisi məlumat vermişdi ki, respublikanın hava hücumundan müdafiə qüvvələri ötən gecə elektron müharibə nəticəsində onun hava məkanına daxil olan pilotsuz təyyarələri izləyib.
Çərşənbə günü, sentyabrın 10-da Polşa ordusunun operativ komandanlığı ölkənin hava məkanını pozmuş bir neçə PUA-nın məhv edildiyini açıqlayıb. Hadisə nəticəsində Polşanın bir hissəsi üzərində hava məkanı bağlanıb.



Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər