Bütün xəbərlər
Tusk: "Polşa "Zapad-2025" təlimlərinə görə Belarusla sərhədini tamamilə bağlayacaq"
Tarix: 09-09-2025 16:14 | Bölmə: Dünya

Polşa Minskin Moskva ilə birgə keçirəcəyi "Zapad-2025" təlimlərinə görə Belarusla sərhədini tamamilə bağlayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasında bildirib.
Onun sözlərinə görə, Rusiya-Belarus təlimləri Polşada hərbi təlimlərə səbəb olacaq.
"Biz Belarusla sərhədi, o cümlədən dəmir yolu keçidlərini bağlayacağıq", - Tusk bildirib.
Baş nazir əlavə edib ki, tədbirlər cümə axşamından cümə gününə keçən gecə yarısı tətbiq olunacaq. Lakin o, ölkənin sərhədi nə qədər müddətə bağlayacağını dəqiqləşdirməyib.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi Belarus ərazisində olan ölkə vətəndaşlarını istənilən kommersiya və şəxsi vasitələrlə mümkün qədər tez oradan çıxmağa çağırıb.
Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bəyan edib ki, “Zapad-2025” təlimləri zamanı hərbçilər nüvə silahı və “Oreşnik” raket kompleksindən istifadənin planlaşdırılması üzrə təcrübə keçəcəklər.



Baxış sayı: 692


Bölməyə aid digər xəbərlər