15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
Aktyor Brüs Uillis yeriməyi və danışmağı dayandırıb
Tarix: 23-07-2025 11:40 | Bölmə: Mədəniyyət

Əvvəllər frontotemporal demensiya diaqnozu qoyulan Hollivud ulduzu və əfsanəvi "Die Hard" Brüs Uillis artıq danışa, oxuya bilmir və hərəkət etməkdə çətinlik çəkir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “The Express Tribune” yazır ki, 2022-ci ildə diaqnoz qoyulan xəstəlik xeyli irəliləyib. İndi 70 yaşlı Uillisin hərəkət pozğunluğu var və demək olar ki, danışmağı və oxumağı dayandırıb.
"Frontotemporal demensiya beynin davranış, şəxsiyyət və nitqə cavabdeh olan nahiyələrinə təsir edir. Uillisin işi bu nadir və mürəkkəb xəstəliyə diqqət çəkdi", - nəşr yazır.
2023-cü ilin noyabrında media Brüs Uillisin keçmiş həyat yoldaşı Demi Muru artıq tanımadığını yazmışdı.
Həmin ilin sentyabrında aktyorun həyat yoldaşı Emma Hemminq ərinin səhhətinin pisləşdiyini bildirib. O, frontotemporal demansın sürətlə irəlilədiyini izah etdi. Uillisin dostu Glen Gordon Caron bildirib ki, aktyorun qarşısında kimin dayandığını anlaması üç dəqiqə çəkib.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər