21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
İBRAHİM YUSİFOĞLUNUN VƏTƏN VƏ YURD SEVGİSİ-Gülbəniz Babayeva
Tarix: 06-10-2022 22:15 | Bölmə: Ədəbiyyat

Çağdaş Azərbaycan ədəbiyyatında öz dəst- xətti, yaradıcılıq manerası ilə seçilən şair, publisist, yazıçı, pedaqoq İbrahim Yusifoğlu zəngin və çoxşaxəli yaradıcılığa malik sənətkarlarımızdandır. Yarım əsrdən artıq böyük bir yaradıcılıq yolu keçən şair ədəbiyyat aləminə lirik, incə ruhlu şeirlərlə gəlib. Otuzdan çox kitabın müəllifi kimi tanınan İbrahim Yusifoğlunun “Araz bayatıları” adlı ilk kitabı “Yazıçı” nəşriyyatında (1991) işıq üzü görüb. Şairin bir-birinin ardınca çap etdirdiyi “Bu həyat mənimlə yola getmədi”(1997), “Arxamca boylanan baxışların var” (1999), “Mənim inamımı güllələdilər” (1999), “Sulara danışdım yuxularımı”(2000), “Məni kövrəldəcək kədər qalmadı”(2002), “Gəlib çatdım 50 yaşa”(2004), “Dərdlərin belimi əydi, ay Vətən” (2007), “Mənə bircə gilə göz yaşı bəsdi”(2021) adlı şeir və poemalar kitabında dərin müşahidə qabiliyyəti, lirik ricətlər, folklordan süzülüb gələn sadə, şirin təhkiyə üslubu, gözəl, anlaşıqlı poetik bir dil, sərrast deyim tərzi, obrazlılıq, fəlsəfi ümumiləşdirmə gücü insanın qəlbini riqqətə gətirir, həyat və kainat haqqında düşüncələrə rəvac verir. Yazıb- yaratmaq şövqü ilə yaşayan şair geniş və məhsuldar yaradıcılığı ilə həmişə oxucuların diqqət mərkəzində olub və bu gün də dövrün nəbzini tutan əsərləri ilə qəlbləri fəth etməkdədir. İstedadlı sənətkarın müxtəlif mövzulu əsərlərində Vətən, onun əsrarəngiz gözəllikləri, füsünkar təbiəti, başı bəlalar çəkmiş xalqımızın taleyi, keçmişi və bugünü, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn mərd oğullarımızın misilsiz qəhrəmanlıqları, el-oba, yurd sevgisi başlıca yer tutur. İbrahim Yusifoğlu böyük önəm verdiyi bu taleyüklü problemləri yaradıcılığının prioritet mövzusuna çevirmiş, vətənimizin azadlığı yolunda canını fəda edən igidlərimizin əziz xatirəsinə dörd kitab həsr etmiş, qeyrətli oğullarımızın müqəddəs adını və pak əməllərini əbədiləşdirmişdir.
İbrahim Yusifoğlunun poetik yaradıcılığında şairin 2021-ci ildə çapdan çıxan “Mənə bircə gilə göz yaşı bəsdi” adlı şeirlər kitabının özünəməxsus yeri var. Kitabda “ beş silsilə “də qruplaşdırılan şeirlərin “I silsilə” sində Azərbaycan, onun keşməkeşli tarixi , erməni vandallarının zaman-zaman imperiyanın əli ilə xalqımızın başına gətirdiyi fəlakət və soyqırımlar, otuz il daşnakların işğalında qalan, vandalcasına yerlə-yeksan edilən Qarabağın acınacaqlı taleyi, nəhayət, 2020-ci ilin 10 Noyabrında Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, müzəffər ordumuzun qəhrəmanlığı və xalqımızın bir yumruq kimi birləşməsi nəticəsində əldə etdiyimiz tarixi qələbəmiz yüksək sənətkarlıq və milli təəssübkeşliklə əksini tapmışdır. Bu bölmədə yer alan” Zəfər nəğməsi”, “Yaşa müstəqillik çağını, Vətən”, “Şuşa”, “Xocalım, hey...Xocalım”, “Əsgər inamı”, “Şəhid anaları”, “Mənim dərdim dərdləşməli dərd deyil”, “ O torpaqlar gözləyirlər bizləri”, “Oğuz torpağıdır özü Kərkinin”, “Sizi dərəmmədim, lalə,nərgizim”, “İnanırıq”, “Qovuşacaqdı”, “Qalib olacaqsan” və başqa şeirlər dərin təfəkkürə, ağıllı məntiqə, həssas qəlbə və zəngin müşahidə qabiliyyətinə malik olan şairin ürək çırpıntıları təsiri bağışlayır. Şairin Vətən sevgisi bütövlükdə bəşəriyyətə olan sevgisinin ən uca və ali məqamında dayanır. Buna görə də yaradıcılığı boyu varlığı qədər sevdiyi vətənini azad, xoşbəxt, müstəqil görmək istəyi şairin yaradıcılığının əsas leytmotivinə çevrilir. İbrahim Yusifoğlunun 44 günlük Vətən müharibəsinə həsr etdiyi qalibiyyət duyğulu şeirləri də məhz bu ülvi hisslərin təbii yaşantıları kimi könüllərə məlhəm olur:
İgidlərlə o, eyləyər yoxdan var,
Mərd əllərdə ilmələnər, toxunar,
Azad eldə, azad dildə oxunar,
Zəfər nəğməsi.
İbrahim Yusifoğlunun qələbə soraqlı şeirlərində döyüşlərdə mərdliklə
vuruşan, böyükideallar uğrunda hər cür fədakarlığa hazır olan, ölümün gözünə dik baxan, şücaət və qəhrəmanlıq ğöstərən Azərbaycan əsgərinin yenilməz obrazını görürük. Doğma torpaqlarının yağı düşmən əlində qalmasını heç bir vəchlə qəbul etməyən bu cəsur, yenilməz vətən oğlu bilir ki, Odlar yurdunun bir qarış torpağı belə ermənilərin murdar ayaqları altında qalsa Vətən onu bağışlamaz:
Heç bir zaman bağışlamaz,
Ana torpaq, göy məni.
“Xarı bülbül” oylağında
Yaşadıqca erməni.
Şeirin mətin, iradəli və cəsur qəhrəmanı Azərbaycan əsgərinin ümumiləşmiş obrazı kimi təqdim olunur, onun anasına xitabı cəbhədə olan hər bir qəhrəman oğulun anası və Ana Vətəni qarşısındakı müqəddəs andı təsiri bağışlayır:
Əziz anam, qəm eyləmə,
Böyüdübsən ər məni.
Daha bizim önümüzdə
Dura bilməz erməni.
Vətən torpaqlarının nicatı yolunda şəhidlik məqamına yüksəlməyi xoşbəxtlik sanan əsgər öz istəyinə çatması üçün Ulu Yaradana üz tutur:
Namus, qeyrət yolundaca
Tanrım, şəhid ver məni.
Bu torpaqda qan qusubdu,
Gavur, dinsiz erməni.
Şeirin ümumi ruhuna bir nikbinlik hakimdir. Artıq mənfur düşmən doğma Qarabağımızdan qovulub, indi yağı düşmənin murdar nəfəsi bu gözəlliyi korlamır, tarixi dədə-baba yurdumuz ağır və üzücü sıxıntıdan xilas olub, elimiz, obamız toy-bayram əhval- ruhiyyəsindədir:
Qələbəyə səsləyibdi,
Mətin nəğmə, şeir məni
Qarabağdan qovulubdu,
Yurd-yuvasız erməni.
Azərbaycan xalqının tarixi qələbəsinin zirvəsində ana yurdumuzun çarpan ürəyi, gözəlliklər diyarı, şeir, sənət ocağı, musiqi beşiyi Şuşanın 28 ildən sonra erməni işğalından azad edilməsi kimi müqəddəs bir qalibiyyət dayanır. Hər bir vətən övladı kimi şairin qəlbini riqqətə gətirən, sözlə ifadə olunması qeyri- mümkün olan bu qürurverici məqamın yüksək poetikliklə vəsfi “Şuşa” şeirində bütün təfərrüatı ilə açıqlanmışdır:
Dünyanın müqəddəs günüdür, bu gün,
Xoş müjdə qəlbləri gətirib cuşa.
Gözlər bulaq kimi coşub-çağlayır,
Bu gün anasına qovuşur Şuşa.
Uzun illər qələbə müjdəsinin həsrətiylə yaşayan, sızlayan yaralarına duz basılmışhəmvətənlərimizə məlhəm olan, onların nisgilinə, ayrılığına son qoyan o böyük gücün, yenilməz qüdrətin xalqla hakimiyyətin sarsılmaz birliyində görən şair bu tarixi məqamı yüksək şairanəliklə əks etdirir:
Nə qədər qəlbləri sevgisi sarmış,
Ali Baş Komandan bəxtini yazmış,
Bütöv Azərbaycan Şuşaya yarmış,
Hamısı bir olub qalxdı vuruşa,
Vəhşi caynağından qurtuldu Şuşa!
Şuşa!-qeyrət, şərəf, qürur şəhəri,
Şəfəqə dönəcək hər bir səhəri,
Dünyaya səs salıb dönüş zəfəri,
Xoş müjdə qəlbləri gətirib cuşa,
Bu gün anasına qovuşur Şuşa!
Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci il “ Şuşa ili” elan olunub. İbrahim Yusifoğlu bu əlamətdar hadisəyə bir vətəndaş şair kimi münasibətini poetik misraları ilə reallaşdırıb:
Qazanılan zəfərə
Heyran qalıbdı dünya.
Bu möhtəşəm qələbə
Çatıb ulduza, aya.
Urəklərə yol tapan,
Günəşingurselidi,
Yer, göyboyanıbnura
Bu il“ Şuşaili”di.
Şairin Qarabağ silsiləsinə həsr etdiyi çoxsaylı şeirləri içərisində bir zamanlar əsrarəngiz gözəlliyi, var-dövləti, sərvətiilə yağı ermənilərə gözdağı olan, “çiçəklərin çətrinə” bürünən Ağdamın real təsvirini verən “Ağdam şəhəri” şeirinin xüsusi yeri var. 30 il öncə çal-çağırı, toy-büsatı ilə könülləri riqqətə gətirən bu qədim diyarın erməni cəlladlarının əli ilə viranəyə , xarabazarlığa, ruhlar şəhərinə çevrilməsi şairi dərindən kədərləndirir:
“Şirlər”, “Pələnglər” susdu,
Ağır gəldi adama.
Çaqqallar sürü ilə,
Doluşdular Ağdama.
İllərlə bu şəhərdə
Uladılar, əsdilər.
Ağdamın yollarını
Hər bir yerdən kəsdilər.
Viran qaldı hər nə var,
Olanlar yalan oldu.
Ən nadir ağaclar da,
Doğrandı, talan oldu.
Şair “Belə cənnət guşədə, bir canlı qoymadılar”- misrasında vəhşiləşən ermənilərin bu gözəlliklər məskənini yerlə-yeksan etməsini, yer üzündən silməsini, insanları qətlə yetirməsini qəlb göynədən misraların ağırlığında yana-yana tarixləşdirir. Şair ermənilərin genosid siyasətini, qədim toponimlərimizin, yer-yurd adlarımızın dəyişdirilərək erməniləşdirilməsinin, viran qoyduqları yurdların minalarla doldurulmasının bəşəriyyətə vurulan böyük zərbə olduğunu üsyankarlıqla yazıb göstərir:
O qədər azğınlaşıb,
Yollarını azdılar.
Qədim Türk oylağına
Erməni ad yazdılar.
Dünya gördü çaqqallar,
Quduzluqda təkdilər.
Taxıl zəmilərinə
Minaları əkdilər.
Bütün bunlarla yanaşı, şeirin ruhunda xöşbəxt gələcəyə dərin inam hissi də öz əksini tapır. Şəhərin kahkəşanlarla nurlanacağına, o yerin sakinlərinin yenidən doğma yurdlarına dönəcəyinə, firavan və azad bir həyatın başlanacağına böyük ümidlər bəslənilir:
Baş Komandan söylədi:
-Gələcəkdi bir səhər
Məhv edilmiş bu yerdə,
Ucalacaq gur şəhər.
Gündüz Günəş, gecə Ay,
Qoynuna nur saçacaq.
Xoş, firavan günlərə,
Ağdam qucaq açacaq.
Doğrudan da, İbrahim Yusifoğlunun poeziyasında nikbin notlarla qələmə alınan arzular Ali Baş Komandanın ağıllı, müdrik siyasəti və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində gerçəkləşdi.
İki yüz illik işğala son qoyan bu tarixi qələbə təəssüf ki, qurbansız əldə edilmədi. Üç minə qədər şəhid oğullarımızın canı-qanı bahasına , bundan qat-qat çox qazilərimizin qəhrəmanlığı sayəsində şər və nifaq toxumu səpənləri, imperializmin şovinist qüvvələrini məğlub edib, öz zəfər bayramımızı qazanmağa nail olduq. Sevinclə kədərin çulğalaşdığı bu qürurverici və kövrək məqamlar İbrahim Yusifoğlunun həssas qəlbindən süzülərək misralarda arınıb, durulub, cilalanıb və ən incə məqamda qərarlaşıb :
Zəfər günlərini yaşayır Vətən
Sevinc içindədir torpağım, daşım.
Elin ağır günü, qeyrət dəmində
Ölümü Tanrıdan gələn qardaşım!
Qəbrin nurla dolsun, işıqla dolsun,
Müqəddəs ölümə çatan qardaşım,
Əbədi mənzilin behiştlik olsun,
Torpağın qoynunda yatan qardaşım!
...Elin ağır günü, qeyrət dəmində,
Ölümü Tanrıdan gələn qardaşım!..
Şairin “ Şəhid anaları” şeirində zərif çiyinlərində dünya boyda dərdin ağırlığını daşıyan, möhnət içərisində qovrulan, arzuları cilik-cilik olan ananın obrazını görürük . Min bir əziyyətlə oğul böyüdən ana övladı ilə bağlı bütün ümidləri puça çıxdıqda geniş dünya onun üçün məzarıstana çevrilir, sinəsinə çalın-çarpaz dağ çəkilir. Lakin ana qürurludur, çünki o, ən yüksək adı –Şəhid Anası adını daşıyır. Bundan uca bir məqamı təsəvvürə gətirmək çətindir:
Neçə illər idi qansız yağılar,
Dərdlə sinələri dağlayıbdılar.
Dünyada ən qəmli ağılar ki, var,
Şəhid anaları ağlayıbdılar.
Şair həssas ana qəlbinin ən incə tellərinə toxunaraq onun xoşbəxt günlərinə xəyalən ekskurslar edir, hər an oğul nəfəsinin hərarətini duyanbu müqəddəs insan onun varlığı ilə ömrünün ən unudulmaz anlarını xatırlayır:
Oğulla bir yerdə ötən illəri ,
Ömrə ən müqəddəs il sayıbdılar.
Acılı-şirinli xatirələri
Şəhid anaları yaşayıbdılar.
Şair oğul toyu üçün tikdirdikləri allı-güllü toy libaslarını qara örpəklə əvəz edən anaların dərdini, qəmini ürək ağrısı ilə qələmə alır:
Zərif ziynətləri, gözəl geyimi,
Oğul toylarına saxlayıbdılar.
Taleyin qarası hopmuş örpəyi,
Şəhid anaları bağlayıbdılar.
Kitabda toplanmış şeirlərdə tarixi qələbəmizə qədər keçən o ağrılı- acılı məqamları xatırladan, erməni qəsbkarlarının tapdağı altında inləyən doğma Qarabağımızın həsrətli və möhnətli anları şairidərindən kədərləndirir. Haqsızlıq məngənəsində boğulan Azərbaycan xalqının taleyinə biganəlik, dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yumması, bir çox dövlətlərin erməni işğalçılarını dəstəkləməsi çox doğru olaraq, bəşəriyyətə qarşı bağışlanmaz bir cinayət aktı kimi səciyyələndirilir. Xüsusilə, ermənilərin Xocalıda törətdikləri soyqırım aktı analoqu olmayan, insan təhtəlşüurunun, idrakının qəbul edə bilmədiyi, vəhşiliyin ifrat bir dərəcədə təzahür etdiyi qətliamın həyata keçirilməsi kimi xarakterizə olunur. Şair qeyri-insani hisslərlə yaşayan, bəşəriyyətə qənim kəsilən, insanlıq adına ləkə olan quduzlaşmış erməni daşnaklarının törətdiyi bu qanlı qırğını ürək ağrısı ilə, yana- yana nəzmə çəkir və tarixləşdirir:
Yetişən olmadı o gün dadına,
Axan qanlar hopdu yeddi qatına.
Səni tay tutdular yaslı Xatına,
Dilimi yandıran yanıqlı ağım-
Xocalım hey... Xocalım...
Şair bu yanıqlı elegiyada baş verən qanlı hadisələrin dəhşətlərini, qəm, kədər və faciənin intəhasızlığını göstərməklə yanaşı, düşmən əliylə qətlə yetirilən minlərlə soydaşımızın, dağıdılan, viranəyə çevrilən yurdumuzun, axıdılan qanlarımızın qisasının alınacağına, o müqəddəs yerlərin azad ediləcəyinə dərin ümid bəsləyir. Yenidən bu məğrur, əyilməz, qəhrəman xalqımızın şəhidlərimizin qanı ilə suvarılmış doğma Xocalımıza qayıdacağını çox böyük uzaqgörənliklə, inamla qələmə alır:
Qoynundakı yadlar qovulacaqdır,
Şişmiş burunları ovulacaqdır,
Bu dərd içimizdən qovulacaqdır,
Sinəmə çəkilən sağalmaz dağım-
Xocalım hey... Xocalım!
Şeirdə diqqəti cəlb edən əsas məqamlardan biri də şairin yüksək poetikliklə dərin qəm, kədər, hüzn, ələm hissini təbiətlə üzvi şəkildə təqdim etmə bacarığındadır. Təbiətlə insan arasında çox incə bir şəkildə əlaqə yaradan şair bu iki böyük qüvvənin harmoniyasını ustalıqla sintez edir, fəlsəfi və metafizik qanunauyğunluqların vəhdətini sərgiləməyə nail olur:
Günəş üzərinə qəm saçacaqdır,
Otlar göz yaşıyla boy atacaqdır,
Lalələr rənginə qan qatacaqdır...
Baharda saralan yaşıl yarpağım-
Xocalım hey...Xocalım!
İbrahim Yusifoğlunun poeziyasındatəəssüratdan boy verən poetik nümunələr şeirə bir canlılıq, təbiilik gətirir. Şair bəzən şahidi olduğu, bəzən isə eşitdiyi hadisə və əhvalatlara yüksək sənətkarlıqla mozaik fon verir, onun sözlə rəsmini cızaraq oxucunun gözləri qarşısında ecazkar, təsirli və yaddaqalan tablo yaradır. Bu baxımdan şairin Şərurda erməni cəlladları tərəfindən qətlə yetirilən iki azərbaycanlı polisin xatirəsinə ithaf etdiyi “Sizi dərəmmədim, lalə, nərgizim...” sərlövhəli şeiri təbiətlə cəmiyyətin qırılmaz tellərlə bağlı olduğunu göstərən canlı lövhə təsiri bağışlayır:
Gördüm taladasız, yüyürdüm dərəm,
Elə ilk addımdan büküldü dizim.
Düşmən gülləsinə demə hədəfəm,
Sizi dərəmmədim, lalə, nərgizim!
Bu sızıltılı misralar nankor erməni gülləsinin qurbanına çevrilən şəhidlərin dilindən səsləndirilir. Şair təbiətin ecazkar gözəlliyi qarşısında əyilərək lalə, nərgiz dərən gənclərin romantik və insani duyğuları ilə onları qətlə yetirən daşqəlbli varlıqlar arasındakı təzadlı məqamlara diqqət çəkərək, erməni vandallığının son həddə çatdığını dərin qəzəb və nifrət hissiylə oxucuya çatdırır. Şeirin sonrakı bəndində şair öz fəlsəfi düşüncələrini bədii sualın və lirik ricətlərin köməyilə reallaşdıra bilir:
Nərgizim, necə də ətirlənibsən,
Dərib yaxasına taxanın hanı?
Mənim lalə gülüm, çətirlənibsən,
Rənginə rəng verib şəhidlər qanı!
Şeirin sön bəndində şairin baş verən bu haqsızlığa qarşı barışmazlığı, üsyankarlığı ön plana çəkilir, bütün bunların fonunda güllələnən insanlarla eyni taleyi yaşayan güllər arasındakı bənzərliklər, oxşarlıqlar simvollaşdırılaraq ümumiləşdirilir:
Bu necə dövrandı, necə taledi,
Haqsızlıq qəlbləri yandırıb-yaxır.
Sizin günahınız, a güllər nədi?
Yağır üstünüzə, güllələr yağır!
Şairin çoxşaxəli yaradıcılığında gələcəyimiz olan uşaqlara həsr etdyi müxtəlif janrlı əsərlərin xüsusi yeri var. İbrahim Yusifoğlunun uşaqlar üçün beş adda qələmə aldığı şeirlər, poemalar və pyeslər, əxlaqi- didaktik mahiyyətli əsərlər onlara vətənpərvərlik ruhu, ana torpağa, onun ecazkar möcüzələrinə sevgi aşılayır. Bu ibrətamiz xarakterli əsərlər əsl sənət nümunəsi kimi gənc nəsildə milli-mənəvi dəyərlərin formalaşmasına güclü təkan verir.
İbrahim Yusifoğlu həm də xeyli müddət müqəddəs müəllimlik peşəsi ilə məşğul olduğundan şağirdlərin psixologiyasını dərindən öyrənmiş, insanın daxili dünyasını, hiss və duyğularınıtəbii və inandırıcı boyalarla verməyə müvəffəq olmuşdur. Şairin poetik dünyasına hakim kəsilən səmimiyyət, zəriflik, hadisələrə, ətraf aləmə və obrazlara həssaslıqla yanaşma sənətkarın bütün yaradıcılığının canına -qanına hopmuşdur. Bu yüksək məziyyətlər şairin digər mövzulu əsərləri ilə yanaşı, yeddi adda nəşr etdirdiyi “Safdır, müqəddəsdir müəllim ömrü “ silsiləsində yazdığı əsərlərinin də ruhuna hakim kəsilmişdir.
Gülbəniz Babayeva,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 234
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR