Bütün xəbərlər
Generalın yerinə o təyin edildi
Tarix: 21-08-2025 19:18 | Bölmə: Sosial

                generalin-yerine-o-teyin-edildi



Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.
Ü.Zülfüqarov bu təyinatadək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb. 
Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Prezidentin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Ülvi Zülfüqarov 2001-ci ildə ali məktəblərə qəbul imtahanlarında ilk ən yüksək göstəricilər sırasında yer alaraq Prezident təqaüdçüsü olub.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər