Bütün xəbərlər
Hollandiya Polşaya 3 "Patriot" hava hücumundan müdafiə raket sistemindən 2-ni göndərir
Tarix: 22-08-2025 21:19 | Bölmə: Dünya

Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Hollandiya “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin üçdə ikisini Polşaya göndərir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarın məqsədi Ukraynaya NATO silahlarının tədarükü üçün ən böyük qovşaq olan Podkarpakye Voyevodalığı, Rzeşov və Yasionka ərazilərində Polşa üzərində hava məkanının təhlükəsizliyini təmin etməkdir.
“Vurğulamaq istərdim ki, hollandların cəmi üç “Patriot” batareyası var və onlardan ikisini Polşaya göndərirlər”, – RİA Novosti Kosiniak-Kamışın sözlərini sitat gətirir.
Avqustun 20-də Hollandiya Müdafiə Nazirliyi məlumat verib ki, ölkə Polşaya iki “Patriot” hava hücumundan müdafiə raket kompleksi və 300-ə yaxın hərbçi göndərməyi planlaşdırır.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər