Bütün xəbərlər
Tramp: "Əgər sammit yaxşı keçsə, Putin və Zelenski tezliklə görüşəcək"
Tarix: 13-08-2025 20:52 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya-Amerika sammitinin yaxşı keçəcəyi təqdirdə rusiyalı həmkarı Vladimir Putin və Kiyev rejiminin başçısı Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş təşkil etmək niyyətində olduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Vaşinqtondakı Kennedi Mərkəzində çıxışı zamanı o əlavə edib ki, avqustun 15-də Ankoricdə Putinlə uğurlu danışıqlar aparılarsa, ən qısa zamanda ikinci görüş baş tutacaq.
“Və yaxın vaxtlarda prezident Putinlə prezident Zelenski arasında ikinci görüşümüz olacaq, əgər onlar məni orada istəsələr,” Tramp bildirib.
Daha əvvəl CBS telekanalı məlumat vermişdi ki, ABŞ gələn həftənin sonunda baş tuta biləcək Tramp, Putin və Zelenski arasında görüş üçün yer tapmaq üzərində işləyir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər