Bütün xəbərlər
"Politico": Tramp sülh sazişinin “Rusiyanın şərtləri ilə” bağlanacağına inanır
Tarix: 22-08-2025 20:12 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı münaqişənin həlli üzrə sülh sazişi əsasən “Rusiyanın şərtləri ilə” bağlanacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Politico”ya adı açıqlanmayan yüksək rütbəli amerikalı məmur məlumat verib.
Ağ Evin başqa bir nümayəndəsi bildirib ki, Tramp Rusiyanın cəbhə xəttində üstünlüyə malik olduğu, Ukraynanın isə öz növbəsində Amerikanın silah təchizatı və kəşfiyyat məlumatlarının mübadiləsindən çox asılı olduğu qənaətindədir. Odur ki, Kiyev məsələsində onun ölkəni sövdələşməyə məcbur etmək üçün daha çox rıçaqları var.
"Politico"nun daha üç mənbəsi də ABŞ prezidentinin Rusiyadan çox Ukrayna və Avropaya təzyiq göstərəcəyini bildirir. Nəşrin məlumatına görə, Ağ Ev komandası Vladimir Putin və Zelenski arasında görüş təşkil etmək üçün Ukrayna və Rusiya rəsmiləri ilə əlaqə saxlamağa davam edir.
“Wall Street Journal” da Amerika administrasiyasının ilk növbədə Ukraynaya mümkün təzyiqindən yazıb və onun həmsöhbətləri də iddia edirlər ki, məhz kəşfiyyat məlumatlarının mübadiləsi belə bir razılaşmanın əldə olunması mexanizminə çevrilə bilər.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər