Bütün xəbərlər
"Bloomberg": Vaşinqtonda fəaliyyət göstərən ABŞ Milli Qvardiyası silahlı olacaq
Tarix: 22-08-2025 21:03 | Bölmə: Dünya

"Bloomberg" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Vaşinqtonda yerləşən ABŞ Milli Qvardiyasının hərbçiləri xidməti silahlara sahib olacaqlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, alınan məlumata görə, birgə əməliyyat qrupunun üzvləri tezliklə öz ixtisas və tapşırıqlarına uyğun gələn xidməti silahlarla tapşırıqların icrasına başlayacaqlar.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Konqresdən ölkə paytaxtında şəraitin yaxşılaşdırılması və cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi üçün 2 milyard dollar ayırmağı xahiş etmək niyyətində olduğunu bəyan edib.
Avqustun 11-də Tramp cinayətkarlıqla mübarizə üçün Milli Qvardiyanın döyüşçülərinin Vaşinqtona köçürüldüyünü elan edib. Prezident həmçinin şəhər polisinə nəzarəti federal hökumətə təhvil verib və zəruri hallarda təhlükəsizliyi təmin etmək üçün silahlı qüvvələrin cəlb edilməsinə icazə verib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər