Bütün xəbərlər
Yeddi yaşlı qız yanğında ölüb
Tarix: 22-08-2025 20:32 | Bölmə: Digər

Tulanın Proletarski rayonunda fərdi evdə baş verən yanğında yeddi yaşlı qız ölüb, 53 yaşlı qadın isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Tula" GTRK-nın verdiyi məlumata görə, Mixaylovskaya küçəsindəki birmərtəbəli evdə yanğın barədə məlumat avqustun 22-də səhər saatlarında təcili xidmətə daxil olub. Tezliklə hadisə yerinə gələn yanğınsöndürmə briqadaları 150 kvadratmetr ərazini əhatə edən yanğını söndürüblər.
Rusiya Fövqəladə Hallar Nazirliyi işlərə 18 xilasedici və 6 6 texnika cəlb edib.
Yanğınla bağlı istintaqı Proletar rayon prokurorluğu təşkil edib. Rayon prokuroru Vladimir Saviç hadisə yerində olub.
Yanğının səbəbləri yanğın-texniki ekspertizadan sonra müəyyən ediləcək.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər