Bütün xəbərlər
Altı dağıstanlı adam oğurluğu və qəsbdə şübhəli bilinir
Tarix: 21-08-2025 18:52 | Bölmə: Karusel

Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə İstintaq Komitəsi xüsusilə külli miqdarda adam oğurluğu və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən altı yerli sakinə qarşı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin Telegram kanalında yer alıb. Qeyd olunur ki, cinayət 2025-ci ilin iyununda mütəşəkkil dəstə tərəfindən törədilib.İstintaqın məlumatına görə, cinayəti törədən şəxslər Mahaçqala sakinini qaçıraraq Xasavyurt rayonunun yaşayış məntəqələrindən birində zorla xüsusi təchiz olunmuş otağa aparıblar.
Altı milyon rubldan çox pul tələb edərək, zərərçəkənə qarşı fiziki zorakılıq, psixoloji təzyiq və hədələr tətbiq ediblər. Pulu təhvil verməyə razılaşdıqdan sonra kişi sərbəst buraxılıb.
Moskva və Mahaçqalada keçirilən əməliyyat tədbirləri nəticəsində bütün şübhəlilər saxlanılıb. Məhkəmə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərə baxacaq. İş Dağıstan Daxili İşlər Nazirliyinin materialları əsasında açılıb.
Sübut bazasının möhkəmləndirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub