Bütün xəbərlər
Uşaq meydançasında balta olan şəxsi saxlayıb
Tarix: 21-08-2025 19:08 | Bölmə: Cəmiyyət

Moskva vilayətində Rosqvardiyanın “Avanqard” OMON-unun zabiti uşaq meydançasında balta ilə gəzən şəxsi saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə azyaşlıların olduğu yaşayış binasının həyətində baş verib.
Bu barədə "Rosqvardiya. Moskva" Telegram kanalı məlumat yayıb. Qeyd olunur ki, cinayətkarı saxlamaq cəhdi zamanı o, Rosqvardiya zabitinə yumruqları ilə hücum edib, lakin tez bir zamanda tərksilah edilərək zərərsizləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün həmin şəxs polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Saxlanılan şəxsin hərəkətlərinin motivləri aydınlaşdırılır.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər