18:13 / 20-08-2025
İki alpinist həlak olub
Bütün xəbərlər
Nəzərəçarpan zəlzələ baş verib
Tarix: 20-08-2025 18:16 | Bölmə: Dünya

İndoneziyanın paytaxtı Cakartada 4,9 bal gücündə zəlzələ baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  RİA Novosti müxbirinin verdiyi məlumata görə, o, infrastruktura görünən ziyan vurmayıb.
Mənbənin 10 kilometr dərinlikdə yerləşdiyi və həm Cakartanın özündə, həm də yaxın şəhərlərdə hiss olunduğu qeyd edilir. Həmçinin, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, İndoneziyada 3,3 və 2,8 bal gücündə daha bir neçə yeraltı təkanlar qeydə alınıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Avqust ayında Daily Mail qəzeti doqquz ballıq zəlzələ və nəhəng sunaminin ABŞ sahillərini vura biləcəyini yazmışdı. Tədqiqat, Kanadadan Kaliforniyaya qədər 970 kilometrlik bir xətt təşkil edən dörd nəhəng qırılma seqmenti ilə Cascade Subduction Zone boyunca geostatik aktivliyin əlamətlərini tapdı.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər