Bütün xəbərlər
Putin federal nüvə mərkəzinin yerləşdiyi Sarov şəhərinə gəlib
Tarix: 22-08-2025 21:25 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Rusiya Federal Nüvə Mərkəzinin – Rosatomun Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutunun (RFNC-VNIIEF) yerləşdiyi Sarov şəhərinə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı nüvə sənayesi müəssisələrinin işçiləri ilə söhbət etməyi və xüsusi təyinatlı şəhərlərdə elmi və təhsil infrastrukturuna həsr olunmuş sərgiyə baxmağı planlaşdırır.
Putin həmçinin ilk sovet atom bombasının baş konstruktoru Yuli Xaritonun abidəsi önünə gül dəstələri qoyacaq və Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinlə görüş keçirəcək.
Avqustun 21-də Rosatom dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev Sarovda müasir uşaq klinikasının açıldığını elan etdi. Müəssisənin idxalı əvəz edən avadanlıqla tikintisinə 1,3 milyard rubl vəsait ayrılıb.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər